Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (9-09-2016, 13:25)
Cahangir Hacıyevin məhkəməsi davam edir

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının sabiq direktoru Anar Sultanov, bankın Mərkəzi filialının müdiri işləmiş İlqar Abdullayev, Yusif Ələkbərov, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun sabiq direktoru Azad Cavadovun cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.

Mediatv.az saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edir.

Prosesdə Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyev müdafiə etdiyi şəxsin məhkəmə protokolları ilə tanış olmasına şərait yaradılması ilə bağlı vəsatət qaldırıb. Hakim bildirib ki, məhkəmə protokolları məhkəmə istintaqı başa çatandan sonra 3 gün ərzində tanış olmaq üçün tərəflərə təqdim olunacaq.

Sonra şahid qismində təqsirləndirilən Azad Cavadovun keçmiş həyat yoldaşının anası Emma Həsənova ifadə verib. O, keçmiş kürəkəninin xahişi ilə kredit müqaviləsinə imza atdığını, amma pul almadığını deyib.

Beynəlxalq Bankın Səbail filialının müdiri işləmiş Ehtiram Əliyev məhkəmədə dindirilərkən istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirib.

Şahid Ələkbər Həsənov ifadəsində A.Cavadovun keçmiş qaynı olduğunu, 2003-cü ildə ad günü münasibətilə ona xəncər hədiyyə etdiyini, həmin xəncəri “28 May” metrostansiyasının yaxınlığındakı mağazalardan birindən aldığını göstərib.

Sabunçu filialının müdir müavini Niyaz Kərimzadə bildirib ki, C.Hacıyevin rəhbərliyi dövründə filialda cəmi bir kreditin verilməsinə razılıq verib. Bu isə filialın müdiri işdə olmadığı dövrdə olub.

Digər şahidlər prosesə gəlmədiyi üçün məhkəmə onların məhkəməyə məcburi gətirilməsi barədə qərar çıxarıb.

Məhkəmə prosesi sentyabrın 14-də davam edəcək.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunurlar.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
15 05 2025