Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (8-09-2016, 20:15)
İŞ ADAMININ ƏMLAKI ÖZÜNƏ QAYTARILDI! - “MTN İŞİ”

Cahangir

Cahangir Hacıyevin bacısı oğlunun saxtakarlığı məhkəmə qaydasında tanındı; Cəmin Hacıyevin həbsi qaçılmazdır 

Mediatv.az xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hakim Abbas Əliyevin sədrliyi ilə MTN çetesinə qarşı mülki iddia üzrə məhkəmə prosesi yekunlaşıb. 

Məhkəmə istintaqı zamanı aydınlaşıb ki, 2015-ci ilin əvvəlində iş adamı Maqsud Mahmudov “Texnikabank”a müraciət edərək 1 milyon 500 min manat kredit alıb və özü də bilmədən “MTN çetesi”nin diqqət mərkəzinə düşüb. İş adamı həmin kreditin alınması üçün Bakı-Sumqayıt yolunda yerləşən “Las Veqas” restoran kompleksini girov qoyub. Kreditin alınmasından 3 ay sonra M.Mahmudovu “Texnikabank”ın Müşahidə Şurasının sədri vəzifəsini icra edən Ayaz Gərayzadə və müavini, Beynəlxalq Bankın sədri Cahangir Hacıyevin bacısı oğlu Cəmin Hacıyev çağırıblar. İş adamına qarşı ağlasığmaz tələb irəli sürülüb! Ondan reket qaydasında 2020-ci ilədək geri qaytarmalı olduğu krediti 3 günə geri ödəmək tələb olunub.

3 gün sonra isə o, MTN-in istintaq şöbəsinin müstəntiqi Cavid Quluzadənin müşayiəti altında “Texnikabank”a, Cəmin Hacıyevin hüzuruna aparılıb. İş adamı MTN-ə aparılmaqla təhdid edilib, başına oyun açılacağı deyilib. Bundan sonra iş adamı pulu ödəmək iqtidarında olmadığını söyləyib. Onu MTN-çi müstəntiq və digərlərinin əhatəsində təhdid altında Sumqayıt şəhərində yerləşən notariuslardan birinə aparıblar. Orada “Las Veqas” restoran kompleksini özləri ilə gətirdikləri Azad adlı şəxsin adına rəsmiləşdiriblər.Cəmin Hacıyev bununla da kifayətlənməyib, iş adamına hesabına 115 min dollar köçürtdürüb. Bundan başqa, M.Məmmədovun qardaşı oğlunun adına olan “Mercedes C 300″ markalı, qara rəngli, Az 90 ZD 650 nömrə nişanlı maşın müstəntiq Cavid Quluzadənin adına rəsmiləşdirilib.

Image result for Cəmin Hacıyev

2015-ci ilin oktyabrında MTN-də məlum “təmizləmə”lərdən sonra iş adamı məhkəməyə üz tutmaq qərarına gəlib. O, restoranının, maşınının və əlindən alınan 115 min dolların geri qaytarılması iddiası ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Sentyabrın 7-də keçirilən prosesdə ləğv edilmiş MTN-in müstəntiqi Cavid Quluzadə ifadə verib. Deyib ki, “Las Veqas” restoranı adına rəsmiləşdirilmiş Azad İsmayılov onun yaxın tanışı olub. “Texnikabank” bağlandıqdan sonra A.İsmayılov ona zəng edib və orada 1 milyondan artıq pulunun batdığını deyib və pulun geri qaytarılması üçün kömək istəyib.

Müstəntiq məhkəmədə deyib ki, Ayaz Gərayzadə vaxtilə MTN-də işləyib deyə ilkin olaraq ona zəng edib və köməklik etməsini xahiş edib. A.Gərayzadə müstəntiqin xahişini yerinə yetirə bilməyəcəyini söyləyib.

C.Quluzadənin sözlərinə görə, növbəti gün ona zəng edib deyiblər ki, həmin pulu əmlakla əvəzləşdirə bilərlər. Bundan sonra tərəflər Sumqayıtda yerləşən notariusa gedərək orada M.Mahmudovun adına olan restoranı Azad İsmayılovuun adına rəsmiləşdiriblər. 2015-ci il sentyabrın 11-də baş tutan bu rəsmiləşdirmədən 6 gün sonra M.Mahmudovun qardaşı oğlunun adına olan “Mercedes C 300″ markalı, qara rəngli, Az 90 ZD 650 nömrə nişanlı maşın müstəntiq C.Quluzadənin adına rəsmiləşdirilib. C.Quluzadə avtomobilin hazırki iş üzrə məhkəmə prosesi getdiyi bir vaxtda, bu ilin iyulunda satılmasını A.İsmayılovun istəyi ilə əlaqələndirib.

M.Mahmudov isə bildirib ki, onu həmin alqı-satqı müqaviləsinin bağlanmasına məcbur ediblər: “Eldar Mahmudovun qılıncının dalının da, qabağının da kəsdiyi bir vaxtda mən nə edə bilərdim? Notariusa dedim ki, alqı-satqını eləmə. O da ortada nağd pul olmadığını deyib eləmirdi. Sonradan ona zəng elədilər, tələm-tələsik rəsmiləşdirdi. Üstəlik, evimi, maşınımı da əlimdən aldılar”.

cahangir

M.Mahmudov mülki iddia ilə yanaşı, Baş Prokurorluğa da müraciət edib. Müraciət əsasında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanıb.

İş adamının əmlakının özgəninkiləşdirilməsini rəsmiləşdirən Notariat Kontorunun işçisi Kifayət Nəzərova və A.İsmayılovun vəkili Heydər Məmmədquliyevin çıxışlarından sonra məhkəmə müşavirə otağına yollanıb. Oradan qayıtdıqdan sonra isə elan etdiyi hökmə görə 2015-ci ildə “Las Veqas” restoranının M.Mahmudovun adından A.İsmayılovun adına rəsmiləşdirilməsi haqda müqavilə ləğv olunub. Müstəntiq Cavid Quluzadə barəsində xüsusi qərardad çıxarılaraq Baş Prokurorluğa göndərilib.

2015-ci il sentyabrın 17-də M.Mahmudovun qardaşı oğluna məxsus avtomaşının C.Quluzadənin adına keçirilməsi haqda müqavilə də qanunsuz hesab edilərək ləğv olunub.

1981-ci il təvəllüdlü Cəmin Hacıyev “Texnikabank” rəhbərliyinə Beynəlxalq Bankdan transfer olunub. 2012-ci ildə baş tutan bu transfer vasitəsilə Cahangir Hacıyev “Texnikabank”ı nəzarətdə saxlayıb.

M.Mahmudovun başına gələnlər onu deməyə əsas verir ki, Cahangir Hacıyev bankı nəzarətində saxlamaq üçün qudası, 2015-ci ilin oktyabrına qədər milli təhlükəsizlik naziri olan Eldar Mahmudovun çetesinin xidmətlərindən də aktiv şəkildə istifadə edib. (Musavat.com)

шаблоны для dle 11.2

Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024