Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (25-08-2016, 17:11)
Bakıda işdən çıxarılan gülənçi prorektor 'NUR' məscidi tikdiribmiş

Bakıda işdən çıxarılan gülənçi prorektor 'NUR' məscidi tikdiribmiş

 

 

Qafqaz Universitetinin işdən çıxarılan prorektoru Şaiq Nəbiyevlə bağlı maraqlı məlumatlar üzə çıxıb.
Mediatv.az Aznews.az-a istinadən bildirir ki, Nəbiyev Azərbaycanda Fətullah Gülənin əsas təbliğatçılarından bir hesab olunur. O, təmsil etdiyi cərəyan üçün kifayət qədər böyük işlər görmüş adam kimi həmişə "gülənçilərin" diqqət mərkəzində olub. Araşdırma zamanı məlum olur ki, Nəbiyev nurçuluğun təbliği üçün bir məscid də tikdirib. Yardımlı rayonunun Ostayır kəndində anadan olan Şaiq Nəbiyev məscidi elə öz kəndində inşa etdirib. Məlumata görə, Nəbiyev 2000-ci illərdə kənddə köhnə şiə məscidin yerində ucaltdırdığı məscidin adını da "Nur" qoyub.
Saytın əməkdaşı məlumatı dəqiqləşdirmək üçün kənd sakinləri ilə əlaqə saxlayıb. Sakinlər xəbəri təsdiqləyiblər. Onların sözlərinə görə, sözügedən məscidə "Nur" adının qoyulması kənddə narazılıqla qarşılanıb. Əhalisi şiə olan kənd sakinlərinin uzun mübarizəsindən sonra, cəmi bir neçə il əvvəl həmin "NUR" sözü məscidin üstündən sökülüb. Yalnız bundan sonra camaat məsciddən istifadə etməyə başlayıb.
Məlumat üçün bildirək ki, Yardımlı camaatı qatı şiədir, onlar nəinki hansısa cərəyana, hətta sünnilərə qarşı radikal kəsim hesab olunurlar.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
14 05 2025
14 05 2025