Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (10-08-2016, 14:47)
Vərəmli xəstələrin sayı açıqlandı


Hazırda 8 min vərəm xəstəsi qeydiyyatdadır. Təxminən 4 mindən çox xəstə yeni qeydiyyata alınanlardır.

Mediatv.az Virtualaz.org saytına istinadən xəbər verir ki, bunu Elmi Tədqiqat Аğciyər Xəstəlikləri İnstitutunun direktor müavini İradə Axundova ağciyər xəstəlikləri ilə bağlı bu gün keçirilən tədbirdə deyib.

İ.Axundova bildirib ki, son 5 ildə xəstələnmənin dinamikasında müsbət dəyişikliklər müşahidə olunur. “Vərəm xəstəliyi üzrə ən aktiv yaş 20-40 arasında dəyişir Son illər xəstəliyə yoluxma və ölüm faizi azalıb. Vərəm xəstəliyindən ölüm göstəricisi ötən illə müqayisədə hər 100 min nəfərə 3,8 olub. Ağ ciyər vərəminin strukturuna nəzər salsaq, ölkə üzrə ocaqlı, yəni erkən vərəm formalarının artması müşahidə edilir. Amma infiltrativ vərəm formalarının azalması, gecikmiş, yayılmış vərəm formalarının sayında isə stabilləşmə qeydə alınır. Bu da öz növbəsində əhalinin, əsasən də, risk qruplarının aktiv aşkarlanma üsullarına aktiv cəlb olunması, erkən aşkarlanmanın yaxşı aparılması ilə əlaqədardır”, - deyə İ.Axundova qeyd edib.

 

Epidemioloji prosesin gedişini təyin etmək üçün bu il ilkin xəstələr arasında 0-14 və 15-17 yaş qruplarında xəstələnən uşaqların sayı hesablanır. Hesabata görə, son illər uşaq və yeniyetmələr arasında xəstələnmənin 21,45-dən 14,3-dək azalması müşahidə olunur. 100 min uşaq arasında 14 uşaq vərəm xəstəsidir.

Ümümdünya Səhiyyə Təşkilatının statistikasına əsasən, il ərzində dünyada 9 milyondan artıq insan vərəmə yoluxur. 1 milyon 800 min nəfər isə bu xəstəlikdən ölür. “Müalicə olunmayan bir yoluxucu vərəm xəstəsi 1 ildə 10-15 yeni xəstə yaradır. Xəstəliyin vaxtında düzgün müalicə olunmaması əlillik və ölümlə nəticələnir”, - İ.Axundova əlavə edib.

Qeyd edək ki, Elmi Tədqiqat Аğ Ciyər Xəstəlikləri İnstitutunda 12 kliniki şöbə fəaliyyət göstərir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025