Cəmiyyət (4-08-2016, 09:50)
Nurçularla “gülənçi”lər arasında fərq varmı?
Müşahidəçilərə görə, yaxşı olar ki, bu haqda nurçuların dini lideri çıxıb özü məlumat versin...
Mediatv.az xəbər verir ki, ötən gün politoloq Arzu Nağıyev ““Gülənçi”lərin Azərbaycanda çevriliş etmək imkanı varmı" mövzusunda qəzetimizə verdiyi açıqlamada maraqlı bir fikir səsləndirmişdi. Politoloq qeyd etmişdi ki, nurçularla "gülənçi"ləri eyniləşdirmək doğru deyil.
Sitat: “Nursinin inancı ilə "gülənçi"lərin inancı çox fərqlidir. "Gülənçi"lər müxtəlif məktəblər açmaqla, bu məktəblərin hesabına, şirkətlərin hesabına gəlir əldə etməklə hakimiyyətə gəlirlər. Lakin Nursinin təbliğatında belə şey yoxdur. Nurçular öz gününü gözləyir ki, nə vaxt onlara ehtiyac olsa, o zaman hakimiyyətə gəlsinlər”.
“Yeni Müsavat” olaraq bu məsələyə aydınlıq gətirməyə çalışdıq. Həqiqətənmi nurçular və gülənçilər, yəni Fətullah Gülən tərəfdarları fərqli ideologiyaların nümayəndələridirlər? Axı daha öncə F.Gülən özü nurçu dini ideologiyasının təbliğatçısı kimi gündəmə gəlmişdi. Belə olduğu halda fərq nədədir?
Politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, ideoloji baxımdan nurçularla gülənçilər arasında fərq var: “Nurçuların banisi Səid Nursidir və nurçular o xətt üzrə gedirlər. Fətullah Gülən vaxtilə özünü Səid Nursinin tələbəsi hesab etsə də, bir qədər fərqli xətt yürütdü. Hətta ”gülənçi"lərin içində də bir neçə qanadın olduğu haqqında xəbərlər var. Hətta 15 iyul tarixində çevrilişə cəhdlə bağlı fərqli faktlar ortaya çıxır və məlum olur ki, orduda nurçular qanadı da olub, "gülənçi"lər o qanadı tədricən sıxışdırıblar və öz adamlarını yerləşdiriblər. Yəni hətta ordunun içində nurçularla "gülənçi"lərin ayrı-ayrı xətləri olub və onlar arasında da mübarizə gedib. Bu iki xətt arasında ideoloji fərqlər olsa da, Gülən tərəfdarları daha təhlükəlidir. Gülənçilər Nur ideologiyasını əsas götürüb, müəyyən korrektələr aparıblar. Aralarında müəyyən fərq ola bilər, lakin hər iki cərəyan həm Türkiyə, həm də Azərbaycan cəmiyyəti üçün təhlükəlidir. Ona görə də hər iki təriqətin nümayəndələrinə qarşı mübarizə aparılır".
Ekspert onu da vurğuladı ki, son olaylara görə bütün nurçuların cəzalandırılması da doğru deyil, burada şəxslərin terrora dəstək verib-verməsi də nəzərə alınmalıdır: “Kimsə özünü nurçu ideologiyasının tərəfdarı saya bilər. O buna görə cəzalandırılmamalıdır. Hansısa dinə sitayiş etdiyinə görə insanı cəzalandırmaq doğru deyil. Hətta Gülən ideologiyasının bəzi fikirlərini də bölüşə bilər. Ancaq əgər ondan sonra həmin şəxs o ideologiyaya qulluq etməyə başlayırsa, sistemin içinə daxil olub maliyyə yardımları edirsə, o artıq terrora dəstəkdir və həmin şəxs cinayət məsuliyyətinə cəlb oluna bilər. Necə ki, artıq proseslər gedir, orduda təmizlənmələr, digər nazirliklərdə təmizlənmə işləri aparılır. Artıq proseslər Azərbaycana da təsir edib, SOCAR-ın Türkiyə rəhbərliyi həbs edilib. Bu, o deməkdir ki, onlar nəinki o ideologiyaya inanır və hətta xidmət edir, maliyyə dəstəyi göstərirsə, deməli, məsuliyyət daşımalıdırlar. Bizim xalqın gəlir mənbəyi neftdir və oraya da bu ideologiya şərik olub, oradan da özü üçün pul götürməyə çalışıb. Ona görə də biz də bu hadisələrdən dərs çıxarmalıyıq. İndiki halda, əgər nurçularla "gülənçi"lər arasında fərq varsa, yaxşı olar ki, nurçuların dini lideri çıxıb bu haqda məlumat versin. Desin ki, biz fərqli ideologiyaya xidmət edirik, dövlətçiliyə sadiqik. Belə bir açıqlama isə yoxdur, o səbəbdən ikisini də bərabər tuturuq”.

Nurçularla "gülənçi"lərin ideoloji fərqləri ilə bağlı islam.az saytında da geniş məlumat yer alıb. Məlumatda qeyd edilir ki, nurçuluq XX əsrdə türkiyəli din xadimi Səid Nursinin (1878-1960) yaratdığı ideoloji cərəyandır. Bu cərəyanın ardıcıllarına “nurçular” deyilir. Nurçular öz təbliğat şəbəkələrinin iş prinsipini “hizmət” adlandırırlar. Nurçuluq hər hansı dini özəllikli və ya sırf sufi təmayüllü cərəyan deyil. Bu, daha çox təfsirə dayaqlanan, əxlaqi və ictimai yönümlü bir hərəkatdır. Nurçular fiqhi məsələlərdə hənəfidirlər. Səid Nursi Türkiyədə respublika quruluşu tətbiq edildikdən sonra dünyəvi dövlətə qarşı çıxmış, əsərlərində dini dövlət modelini müdafiə etmiş, buna görə də Türkiyə hökuməti tərəfindən təqiblərə məruz qalmışdı. Bununla belə, Səid Nursi siyasi həyata dərindən qatılmamış, heç bir siyasi partiyanı və qrupu müdafiə etməmiş, dövlət idarəçiliyinə öz ardıcıllarını yeritmək fikrində olmamışdı. Bu, Fətullah Gülənin xətti ilə klassik nurçuluğun arasında olan əsas fərqli cəhətlərdən biridir.
Hazırda böyük qalmaqallara səbəb olan Fətullah Gülən hərəkatı nurçuluğun bir qoludur. Bəziləri bu hərəkatla klassik nurçuluq arasında prinsipial fərqlərin olduğunu iddia edərək, Fətullah Güləni nurçuluq təlimini təhrif etməkdə təqsirləndirirlər. Lakin Fətullah Gülən hərəkatının klassik nurçuluqla bəzi fərqli cəhətləri olsa da, bu fərqləri şişirtmək və iki cərəyanı bir-birindən tamamilə ayırmaq düzgün deyil.

Gülənçi hərəkatla klassik nurçuluq arasındakı əsas fərqliliklər siyasi baxış tərzində və təbliğat metodlarındadır. Fətullah Gülən hərəkatı isə siyasi proseslərə daha fəal və çevik reaksiya verməsi ilə seçilir. Türkiyədə və hizmət şəbəkəsinin qurulduğu sair ölkələrdə iş adamlarını öz tərəfinə çəkmək, özəl təhsil şəbəkəsi vasitəsilə kadrlar yetişdirmək, lazım gələrsə, şantaj və sairə üsullardan yararlanmaq, şəbəkənin imkanlı üzvlərindən bəzən qeyri-qanuni və qeyri-əxlaqi yollarla ianələr əldə etmək onları başqa nurçulardan fərqləndirən əsas cəhətlərdir.
Əlavə edək ki, nurçuluq hərəkatı 1965-91-ci illər arasınnda Türkiyədə qadağan edilmişdi. 1991-ci ilndən bəri nurçular ölkə ərazisində yenə sərnbəst fəaliyyət göstərirlər. Lakin Türkiyədə baş verən 15 iyul hadisələri məlum hadisələr nəticəsində nurçuluğa, xüsusən də onun F.Gülənçi qoluna qarşı təzyiqlər başlayıb. Türkiyədən əlavə, Azərbaycan, Rusiya, Orta Asiya dövlətləri, ABŞ, Amerika, Avstraliya kimi ölkələrdə də nurçuluq hərəkatının ardıcılları var. (Musavat.com)

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025