Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (17-04-2014, 20:25)
Azərbaycanda hansı partiyada nurçu var?

Azərbaycanda hansı partiyada nurçu var?

 

Nurçuluğun Azərbaycana sirayət etməsi bu camaatın siyasi gündəmimizdə hansı rola malik olduğu sualını aktuallaşdırır. Əsas xəbərlər bu istiqamətdə idi ki, nurçular müəyyən dövlət strukturlarına yol tapa biliblər. Bəs siyasi partiyalara nurçuluq nə qədər təsir edib? 

 

“Mediatv.az” xəbər verir ki, Publika.Az bu məsələ ilə bağlı araşdırma aparıb.

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı bildirir ki, hakim partiya bu meyllərdən uzaqdır: “Ümumiyyətlə, dünya ölkələrində dindən siyasi məqsədlər üçün istifadə cəhdi yeni deyil. Müxtəlif zamanlarda dindən siyasi məqsədlər üçün istifadə cəhdləri olub. Yəni bütün dövrlərdə dinlərdən istifadə edərək siyasi prosesə təsir göstərmək istəyən dairələr olub və hazırda da var. Demokratik ölkələrdə isə din dövlətdən ayrılaraq din-dövlət münasibətləri qanunla tənzimlənir. Azərbaycan da demokratik dövlətdir və Konstitusiyaya əsasən din dövlətdən ayrıdır. Konstitusiyada dövlətimizin əsasları müəyyənləşdirilib: Azərbaycan demokratik, hüquqi, dünyəvi və unitar dövlətdir. Bu prinsipdən biri Azərbaycanın dünyəvi olmasını təsbit edir. Dövlətimizin dünyəviliyi ondan ibarətdir ki, qanunla insanların dini azadlığı və vicdan azadlığı təmin edilir. İnsanların öz dini ayinlərini sərbəst şəkildə ifadə etmələri üçün hər cür şərait yaradılıb. Müstəqil dövlətimizin quruculuğunda dinin cəmiyyətdə yeri və rolu tam şəkildə konstision yolla təminat altına alınıb”. Onun sözlərinə görə, bəzi xarici və daxili dairələr dini amildən istifadə edərək digər ölkələrdə olduğu kimi Azərbaycanda da müəyyən qarşıdurmalar yaratmağa cəhd edirlər: “Amma bu heç bir nəticə verməyib, verə də bilməz. Çünki dövlətimiz güclüdür, cəmiyyətimiz sağlam prinsiplərə söykənən cəmiyyətdir, əhalimizin dünyagörüşü, intellekti, mədəniyyəti, mentalı hər hansı bir formada dini amildən sui-istifadəyə şərait üçün zəmin yaratmır”. 

Müsavat partiyasının icra aparatının rəhbəri Arif Hacılı deyir ki, Müsavatda əsas ideologiya Rəsulzadə yoludur: “partiyanın nurçuluqla hansısa əlaqələrindən danışmaq absurddur”.

Bir müddət əvvəl İsa Qəmbərin adının hallandığı məktuba gəlincə A. Hacılı deyib ki, bu barədə danışmağın mənası yoxdur: “Çünki bu ümumiyyətlə bu qeyri-ciddi məsələdir. O məktubda hansısa əlaqələrdən söhbət getmir. Sadəcə olaraq, Bakıda olan bir nurçunun Azərbaycandakı siyasi vəziyyət haqqında düşüncələrindən söhbət gedir. Burda Müsavatın nəyəsə aydınlıq gətirəcəyi bir şey yoxdur”.

“El” hərəkatının üzvü Eldəniz Quliyev də aralarında nurçuların olmadığını deyir: “Mən bildiyim qədər “El”-də nurçu olan şəxs yoxdur”.

E. Quliyev hesab edir ki, ziyanlı cərəyanların və təriqətlərin inkişafı yolverilməzdir: “Biz ənənəvi dinimizə üstünlük verməliyik. Bu işlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məşğul olmalı, Azərbaycanın mənəviyyatına, əxlaqına, ruhuna ziyan gətirməyən dini etiqadlara fəaliyyət üçün lisenziya verilməlidir.  Amma o şey ki, bizim adət-ənənəmizə, mental şüurumuza ziddidir, ondan uzaq olmalıyıq, o cümlədən nurçuluqdan. Nurçuluq bu gün dəbdədir. Amma sabah başqa cərəyan ortaya çıxsa məlum olacaq ki, kifayət qədər tərəfdarı var. Bunun qarşısı alınmalıdır”.

 “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu hesab edir ki, nuçurluğun şəbəkələşməsi, yaxud dövlət orqanlarına sızması ilə bağlı olan məlumatlar şişirdilmiş məlumatlardır: “Müxalifət və hakimiyyətdə baş verənlərdən müəyyən qədər məlumatımız var. Deyə bilərəm ki, deyildiyi qədər böyük təhlükə yoxdur. Bu daha çox daxili siyasi mübarizədən irəli gəlir, amma nurçuluq adı altında təzahür edir”.

Ekspert qeyd edib ki, hazırda elə bir təhlükə görmür. Onun fikrincə, əgər nurçuluq, həmçinin digər dini cərəyanlar şəbəkələşmiş formada ortaya çıxarsa, o zaman təhlükədən danışmaq olar.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024