Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (28-06-2016, 19:11)
Qəbələdə 3 min il yaşı olan kurqan aşkarlandı - FOTOLAR

Qəbələdə 3 min il yaşı olan kurqan aşkarlandı - FOTOLAR

 

 

Qəbələ rayonunun Dızaxlı kəndi ərazisində aparılan arxeoloji qazıntılar zamanı 3000 il yaşı olan kurqan aşkar edilib.
Mediatv.az-ın APA-ya istinadən xəbərinə görə, AMEA-nın müxbir üzvü, Arxeologiya və Etnoqrafiya İnstitutunun antik dövr arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, professor İlyas Babayevin rəhbərliyi ilə aparılan arxeoloji araşdırmalar zamanı bu kurqanın eramızdan 1000 il əvvəl Qəbələ ərazisində yaşayan qəbilələrin, tayfaların başçısının kurqanı-yəni dəfn edildiyi yer olduğu məlum olub.
Diametri 35 metr olan kurqanın dəfn kamerası 4 metr daş və 3 metr torpaq qatı altından aşkarlanıb.
İ. Babayev qeyd edib ki, 1971-ci ildə həmin ərazidə arxeoloji qazıntılar zamanı iki ədəd xırda kurqan aşkar edilib. Həmin kurqanlar açılanda oradan böyük dəfinə tapılıb. Alimlər bu dəfinəni analiz edərək, Azərbaycan ərazisində pul sikkələrinin çap olduğunu və yerli xalqların 3000 il əvvəl beynəlxalq ticarətə qoşulduğunu təsdiqləyiblər.
İ. Babayev ərazidə araşdırmaların davam etdiriləcəyini bildirib.
Qeyd edək ki, yeni tapılan tayfa başçısının kurqanı isə Azərbaycan və Koreya arxeoloqlarından ibarət beynəlxalq ekspedisiya tərəfindən öyrəniləcək.
шаблоны для dle 11.2

Xəbər lenti
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025