Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (9-12-2015, 10:53)
İlham Əliyev “yeraltı heykəllər ordusu”nda

120943_src

Çin Xalq Respublikasında dövlət səfərində olan Azərbaycan prezidenti İlham Əliyev Sian şəhərindəki Terrakota Ordusu (yeraltı heykəllər ordusu) Muzeyi ilə tanış olub.
Mediatv.az xəbər verir ki, Dövlət başçısına muzeyin yerləşdiyi ərazinin planı barədə məlumat verilib. Diqqətə çatdırıldı ki, yeraltı heykəllər ordusu 1974-cü ildə kəşf edilib və dünya tarixinin ən önəmli arxeoloji tapıntılarından hesab olunur. 1977-1985-ci illərdə burada iki dəfə arxeoloji qazıntı işləri aparılıb. Tədqiqatlar nəticəsində boyları 1.83 və 1.93 santimetr arasında dəyişən heykəl əsgərlər aşkarlanıb. Heykəllərin özəlliyi onların hər birinin üz ifadəsinin və geyimlərinin fərqli olmasıdır. Lakin tapılan heykəllər torpaqdan çıxarılandan sonra üzlərindəki boyalar pozulduğuna və təbii rənglərini dəyişdiyinə görə arxeoloqlar qazıntı işlərini yarımçıq qoymağa məcbur olublar. Çinlilər tərəfindən dünyanın səkkizinci möcüzəsi kimi qəbul edilən terrokota əsgərləri ilə bağlı qazıntı işləri texnikanın və elmin inkişafı nəticəsində 2009-cu ildə yenidən bərpa olunub. Qazıntı aparılan ərazidən indiyədək təxminən iki min əsgər heykəli tapılıb. Ərazidə 520 atla 8 min əsgərin, 130 döyüş arabasının, 150 suvari atın olduğu təxmin edilir. Onlar 600-ə yaxın yeraltı çuxurda toplanıb. Çin imperatoru Sin Şi Huangın məzarı da buradadır. Əfsanəyə görə, terrakota ordusu imperator Sin Şi Huangın məzarını qoruyurmuş.

Məlumat verilib ki, 1987-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən terrakota ordusu üç ayrı çuxurda dəfn edilib və çuxurlardan ən böyüyü əsasən piyada əsgərlərin heykəllərindən ibarətdir. Müxtəlif hərbi rütbələri daşıyan hərbçilər dövrün ən qabaqcıl döyüş nizamına və strategiyasına uyğun şəkildə, döyüş meydanında hazır mövqedə basdırılıblar. Çuxurların birində imperatorun mərasim batalyonu öz nizamı düzülüşü ilə diqqəti cəlb edir. Əsgərlərin yanında o dövrə aid təxminən 10 min bürünc silah da var.

Bu muzey Çin tarixini, həmçinin o dövrə məxsus texnologiya, incəsənət və mədəniyyəti öyrənmək və tədqiq etmək üçün əvəzsiz mənbədir. Lakin araşdırmalar hələ də terrakota ordusunun sirrini açmağa kömək etməyib. Qədim məxəzlərdə yazılıb ki, imperator Sin Şi Huang dövrünün görkəmli dövlət xadimi olaraq Çin ərazilərini vahid dövlətdə birləşdirən lider kimi tarixə düşüb. Bəzi mənbələr Çin səddinin inşasına başlanmasının da onun adı ilə bağlı olduğunu bildirir. Tarixçi Si Maqian isə yazır ki, bu məzarın inşası 30 il davam edib və tikintidə 700 min insan işləyib.

İmperatorun ordunu dəfn etdirmək üçün niyə Sian ərazisini seçməsinin də maraqlı tarixçəsi var. Tarixçilər hesab edirlər ki, imperator Li Şan adlı dağı o dövrün məşhur fəlsəfəsi ilə əlaqələndirib. Məhz buna görə özünün də burada dəfn olunmasını əmr edib. İmperatorun məzarı yerin 36 metr dərinliyindədir və o, inanırdı ki, daş heykəllərdən ibarət terrakota ordusu onu öldükdən sonra da qoruyacaq.
Prezident İlham Əliyev terrakota ordusunda təmsil olunan və müxtəlif rütbələrdə olan hərbçilərin heykəllərinə də baxıb. Sonra xatirə şəkli çəkdirilib,
İlham Əliyev muzeyin xatirə kitabına ürək sözlərini yazıb. /AzərTac


 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024