Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (17-06-2016, 17:46)
Aslan İsmayılov mətbuat nümayəndələrinə müraciət etdi

aslan

 

Tanınmış vəkil Aslan İsmayılov sosial şəbəkədəki səhifəsində maraqlı mövzuya toxunub. 

Mediatv.az-ın məlumatına görə A.İsmayılov Bakıda liftlərin maddi-texniki bazasının möhkəmləndirilməsinə 2013-cü ildə ayrılan 7 milyon manatın taleyi ilə maraqlanıb. Onun bu yöndə apardığı araşdırmanı olduğu kimi oxucuların diqqətinə çatdırırıq: “Sosial şəbəkələrin gözəlliyi minlərlə insanın fikir mübadiləsi aparma imkanını əldə etməkdədir. Bu imkandan yararlanıb problemlərimizi qabardaraq birlikdə həllinə nail olmalıyıq. Artıq uzun müddətdir ki, oxucular tərəfindən ölkəmizdə, xüsusilə Bakıda liftlərin təhlükəsizliyi barədə həyəcan təbili çalırlar. Bakı liftlərindən istifadə edənlər, xüsusilə köhnə tikililərdə yaşayanlar bu vəziyyətlə gözəl tanışdırlar. Hamımız hər il mətbuatdan filan binada lift düşdü, ölən, yaralananlar var və s. xəbərlərini oxuyuruq. Mən hələ tax-tarax, çax-çuxla qalxan, enən, bəzən saatlarla mərtəbələr arasında qalmış qaranlıq, havasız liftlərdə minlərlə insanın keçirdiyi əsəb gərginliyini, stressi demirəm. Bakıdakı liftlərə Bakı İcra Hakimiyyətinin nəzdində “Lift-Təmir” İB ilə yanaşı, Mənzil İstismar idarələri və Fövqəladə Hallar Nazirliyinin xüsusi agentliyi nəzarət edir. Bakı, Gəncə və Sumqayıt şəhərlərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 7 milyon manat (devalvasiyadan öncə) vəsait ayrılıb. Nəzərə alsaq ki, “Lift-Təmir” İstehsalat Birliyinin balansında bu günə 5219 lift var, bütün liftləri təmir etsən belə, o zaman ayrılan puldan hər liftə 1350 AZN düşür. Sual yaranır, görəsən hansı binalarda dövlət tərəfindən liftlərdə təmir işləri aparılıb? Bundan əlavə, hamı üçün aydındır ki, bir çox binalarda liftin təmiri və təhlükəsizliyi məsələlərinə sakinlər özləri baxırlar. Təbii öz vəsaitləri hesabına. Şəxsən mənim uzun müddət yaşadığım Həsənoğlu küçəsində yerləşən 21 saylı binada yaşayan rəhmətlik Cümə dayının öz zəhməti və sakinlərdən yığılan pul hesabına liftimizi işlək saxladığının, insanlar liftdə qalanda Cümə dayını yatağından qaldırmasının şahidiyəm. Bəs ayrılan pulların, sadalanan nəzarət qurumlarının müqabilində liftlərin bu günki durumuna görə kim məsuliyyət daşımalıdır? Misal üçün Almaniyada liftlərin təhlükəsizliyinə Texniki Baxış Assosiyası (TÜV) nəzarət edir. Qurum hər il ölkədəki bütün liftlərin texniki baxışını keçirir və liftlərin hər birinə baxışın ili qeyd olunmaqla öz möhürünü vurur. Möhür olmayan lift barədə isə dərhal xəbər verilir. Təbii ki, baş verəcək bədbəxt hadisələrə görə də məsuliyyəti həmin qurum daşıyır. Hesab edirəm ki, Azərbaycandakı liftlərin yoxlama səviyyəsindən söhbət açmaq belə yersiz olar. Bütün bunların səbəbi, həmişə olduğu kimi, ölkədə çiçəklənən korrupsiya və cəzasızlıq mühitidir. Bununla mübarizəni isə bu günki reallıqlarda ancaq sosial şəbəkələrin köməyi ilə apara bilərik. Elə buna görə də beş-on min israfçılığa görə bəyanat verən Azərbaycan Respublikası Prokurorluğunun Korrupsiyaya qarşı mübarizə idarəsinə müraciət edirəm ki, araşdırsınlar, görək 7 milyon manatı kimlər mənimsəyib? Mətbuat nümayəndələrindən isə xahişim, vaxtları olsa şou-bizneş aləmindən bir neçə saatlıq ayrılıb Bakıdakı liftlərin durumunu işıqlandırsınlar”.

шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024