Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (20-04-2016, 22:15)
Sabirabad rayonunda taleyi qaranlıq qalan 16,5 milyon manat - ARAŞDIRMA

Sabirabad rayonunda taleyi qaranlıq qalan 16,5 milyon manat - ARAŞDIRMA

 

Son 3 ildə Sabirabad rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının Prezidentinin Ehtiyat Fondundan 10 milyon manata yaxın vəsait ayrılıb. Söhbət sadəcə “Sabirabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə” ayrılan vəsaitlərdən gedir. Amma bu qədər vəsaitin nə qədər şəffaf və təyinatı üzrə xərcləndiyi şübhə altındadır. 
Qaynarinfo.az-ın araşdırmasına görə, təkcə 2013-cü ildə sözügedən məqsədlə Sabirabad Rayon İcra Hakimiyyətinə əvvəlcə 1 milyon manat (aprel), daha sonra isə 2 milyon manat ayrılıb. 
Elə həmin il iyulun 12-də iyirmi iki min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 6 milyon manatı Sabirabad Rayon İcra Hakimiyyətinə ayrılıb.
Maraqlıdır ki, həmin vəsait yolun çəkilişi üçün kifayət etməyib və iki il sonra - 2015-ci ilin avqustunda Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalanıb. Sərəncama əsasən, bu məqsədlə manatı Sabirabad Rayon İcra Hakimiyyətinə daha 1,5 milyon manat ayrılıb.
2014-cü ilin 16 dekabr tarixli prezident sərəncamına əsasən isə “Sabirabad şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə” yerli İcra Hakimiyyətinə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılıb.
Nazim İsmayılov - Sabirabadın icra başçısı
Eyni tarixdə dövlət başçısı Sabirabad rayonunun Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad Nərimankənd-Həşimxanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında da sərəncam imzalayıb. Sərəncama əsasən 20 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun tikintisi məqsədi ilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Sabirabad Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayrılıb.
Beləliklə, təkcə son 3 ildə ayrılan bu qədər vəsaitin - 16,5 milyon manatın tamamilə nəzərdə tutulan işlərin görülməsinə yönəldildiyinə dair ciddi şübhələr var. 
Hesablama Palatasının təxminən iki həftə öncəki açıqlaması bu şübhələri daha da qüvvətləndirir. Həmin məlumatda qurumun bir neçə şəhər və rayon icra hakimiyyətlərində və tabeliyində olan idarə, müəssisə və təşkilatlarda audit tədbirləri həyata keçirdiyi bildirilirdi. Həmin rayonlar arasında Sabirabadın da adı vardı.
Sabirabadda aparılan yoxlamada ciddi nöqsanlar aşkar edilmiş olmalıdır ki, nəticədə adıçəkilən rayonun İcra Hakimiyyətində 6 məsul işçiyə ciddi xəbərdarlıq edilib. 
   
Əvvəlki illərin də təcrübəsini nəzərə alaraq demək olar ki, Hesablama Palatasının hər dəfə bu rayonda apardığı yoxlamalar bir qayda olaraq ciddi korrupsiya faktları və digər qanunsuzluqların aşkarlanması ilə müşahid olunur. Bu isə Sabirabad rayonuna dövlət büdcəsindən və Prezidentin ehtiyat fondundan ayrılan külli miqdarda vəsaitlərin taleyi ilə bağlı narahat olmaq üçün ciddi əsaslar verir. 
Xatırladaq ki, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovdur. O, düz 5 ildir - 2011-ci ilin aprelindən rayona rəhbərlik edir. 
шаблоны для dle 11.2

Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024