Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (8-06-2016, 23:24)
Şamaxıdakı restoranın sahibi danışdı – Jurnalistləri ittiham etdi

azer atv

Hüseyn Abdullayev: “ATV-ninHidayət Xasayoğlu adlı əməkdaşı məndən pul istədi, vermədim, bu formada intiqam aldı…”; Vaqif Aydınoğlu: “Bizim o adda əməkdaşımız yoxdur”

Mediatv.az xəbər verir ki, son günlər ətrafında müzakirələrin səngimədiyi ATV telekanalının “Yoxlama” layihəsinin əməkdaşlarının qalmaqal yaratdığı Bakı-Şamaxı yolunun 123-cü kilometrliyində fəaliyyət göstərən “Şamaxı” restoranın sahibi Hüseyn Allahverdiyev iyunun 4-də müəssisədə baş verən insidentlə bağlı gununsesi.info saytına müsahibə verib. H.Allahverdiyev deyib ki, çəkiliş qrupu özünü təqdim etmədən anidən restotana daxil olaraq çəkilişə gəldiklərini deyiblər.

Onun sözlərinə görə, daha sonra restoranın işçilərini də bayıra çıxarıblar: “Məndə gəldim gördüm ki, hərənin əlində bir videokamera çəkiliş aparırlar. Soruşdum, ay qardaş, siz kimsiniz, nəçisiz, hardangəlmisiniz,nə eləmək fikrindəsiniz? Məni heç saya saymadılar da, elə bil soruşduqlarımıeşitmirdilər. Hətta onlardan biri əliynən məni sinəmdən itələyib yerə yıxdı. Həmin vaxt restoranda nahar edənlərdən biri gəlib məni ayağa qaldırdı. Gördülər yıxılmışam, çıxıb bayırda öz maşınlarının yanına qaçdılar. Ondan sonra isə maşınlarının yanında durub, tərpənmirlər. Mən də onlara dedim ki, siz buraya mənimlə dava-qırğına gəlmisiz, oturun maşınınıza, çıxın gedin burdan”.

Restoran sahibi bildirib ki, çəkiliş aparmaq üçün icazə almaq və ezamiyyət vərəqini göstərmək lazımdır. “Onlar isə sanki, xususi təyinatlı anti-terror qrupuydular” deyən H.Allahverdiyevə görə, “Yoxlama” adıyla gələnlər sorğu-sualsız, heç bir sənəd göstərmədən qəflətən restoranın içərisinə giriblər: “Heç bir söz demədən də başladılar çəkilişə. Mən restoranın sahibiyəm, həm də ağsaqqal adamam. Soruşuram ki, bala nə lazımdı, siz kimsiz, nəçisiniz heç biri mənə cavab vermədi. Başladılar telefonla şəkil, kamera ilə video çəkməyə. Elə bil basqın edirdilər, jurnalist adına yaraşmayan hərəkətlə vəhşi kimi içəri daxil oldular”.

Restoran sahibi eyni zamanda deyib ki, ATV əməkdaşlarının çəkiliş avadanlıqlarına, maşınlarına zərər vurmaları barədə deyilənlər həqiqətə uyğun deyil. Bundan başqa, o, restoranın mətbəxində antisanitariya olması ilə bağlı veriliş heyətinin iddialarını da rədd etdi: “Qurana əl basaram ki, bizim restoranda heç bir böcək filan olmayıb. “Şamaxı” restoranı yolüstü iaşə obyektidir, müştərilərin sıx müraciət etdiyi yerdir. Hamı da bura gələndə razılıqla gedir. Əgər onlar çəkiliş aparmaq istəyirdilərsə, qabaqcadan məndən icazə alardılar, özlərini təqdim edərdilər. Deyərdilər ki, ay ağsaqqal, biz filan yerdən gəlmişik, çəkiliş aparmağımıza icazə verin. Əgər icazəsiz girirdilərsə də, içəri bir nəfər daxil olub, çəkiliş aparardı. Nə deyəcəkdik ki? Partizanlar kimi 6 nəfərin hamısı içəri doluşub. Bu hüququ onlara kim verib? Restoran sahibləri deyirlər ki, onlar çəkilişə getdikləri obyektlərə özləriylə kibrit qutusunda tarakan və digər böcəklər gətirirlər, işçiləri bayıra çıxardıqlarından həmin böcəkləri rahatca restoranın mətbəxinə buraxırlar. Bizim müəssisədə isə işçilərimiz onlara belə imkanı verməmişdilər ki, özlərinə gətirdikləri o həşəratları buraxsınlar ora. Şamaxıda sayılıb seçilən restoranlardandır bura. Bütün bu həngamələri onlar özləri şou xatirinə qəsdən elədilər”.

“Yeni Müsavat”aaçıqlamasında isə H.Allahverdiyev bildirdi ki, bu hadisənin baiskarı ATV-nin əməkdaşı Hidayət Xasayogludur. Onun sözlərinə görə, həmin jurnalist ondan pul istəyib, almayanda isə onu hədələyib. “Mənə dedi ki, görərsən indi başına nə oyun gətirəcəyik” deyən müsahibimizin sözlərinə görə, ardınca da “Yoxlama” verilişi onların restoranına bu formada gəlib: “Heç kimdən icazə almadan quldur kimi restorana daxil oldular. Sonra mətbəxə keçdilər. Bizim içəridə hər şey gül kimi tərtəmizdir. İnanmırsız, gəlin baxın. Şamaxının ən yaxşı, ən gözəgəlimli restoranıdır, hər zaman da öz müştərilərimiz olub. Bunların hərəkəti reketlikdən başqa bir şey deyil”.

Müsahibimiz veriliş əməkdaşlarına qarşı təzyiq göstərməsi, onların əmlakına, maşınına ziyan vurması ilə bağlı iddiaları da rədd etdi. H.Allahverdiyevin dediyinə görə, əgər aparatlara ziyan versəydilər, bu çəkiliş də baş tutmazdı: “Əksinə, bu hadisədən sonra mənim səhhətimdə problem yarandı. İndi şəhərə müalicə üçün gedəcəm. Onların etdiyi nə jurnalistə yaraşır, nə mətbuatın adına. Yalandan yazırlar ki, guya bunu mənim rayondakı hansısa rəqiblərim edib. Mənim heç bir rəqibim yoxdur. Şamaxıda da hamı başıma and içir, halallıqla ruzimi qazanıram. Bircə o ATV-nin əməkdaşı Hidayətdən başqa. Onunla bu qanqaraçılıqdan sonra məndən belə heyif çıxdı”.

“Yeni Müsavat” sözügedən iddia ilə bağlı ATV rəhbərliyinin də mövqeyini öyrəndi. ATV kanalının Xəbərlər Departamentinin rəhbəri Vaqif Aydınoğlu bizə açıqlamasında bildirdi ki, bu hadisə ilə bağlı istintaq gedir və hər şey istintaqın nəticələrində özünü göstərəcək. “Şamaxı” restoranı sahibinin rüşvətlə bağlı iddialarına gəlincə, V.Aydınoğlu dedi ki, ümumiyyətlə, ATV-nin Hidayət Xasayoğlu adında əməkdaşı yoxdur və bu iddia həqiqətdən uzaqdır.

Xatırladaq ki, hazırda isə baş vermiş insidentlə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 163.1 (Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma) və 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibb ekspertizaları təyin edilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.(musavat.com)

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024