Cəmiyyət (15-04-2014, 20:22)
Məşhur restoran rəisin deyil, Murad Dadaşovun imiş
“Əminliklə deyə bilərəm ki, mediada adı hallanan restoranlar Nuşirəvan Səfərovun deyil”. Bunu Modern.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.
“Restoran tikmək özü-özlüyündə cinayət deyil. Amma mətbuatdan açıq-aşkar düşmənçilik etmək üçün də istifadə etmək olmaz. Bu, Nuşirəvan Səfərova qarşı qərəzli mövqedir”.
Qeyd edək ki, bu gün bəzi KİV-lər Bakı Şəhər Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərovun Nərimanov heykəlinin yanındakı restoranın sahibi olduğunu iddia edən material yayıblar.
“R&B” restoranı tanınmış şoumen Murad Dadaşova məxsusdur.
***
M.Dadaşov publika.az-a açıqlamasında yayılan məlumatları təkzib edib:
“Bu restoran mənim deyil. Mənim olsaydı, nə dərdim olardı? Kaş ki, mənim olaydı. Məgər restoran açmaq qəbahətdir? Bu restoran tanışlarımdan birinə məxsusdur. Restoranın sahibi də məmur deyil, cavan oğlandır, bu işlə məşğul olur. Sadəcə olaraq mən bu restoranda tez-tez oluram. Restoranın dizayn işində də mənə yaxın olan bir şirkətin böyük əməyi var. Amma restoran mənə məxsus deyil. Mən məmur deyiləm, əgər mənim olsaydı, deyərdim ki, mənimdir”.