Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya / Slayd (14-12-2014, 13:18)
Dövlət Miqrasiya Xidməti çinli biznesmeni gizlədir? - QALMAQAL

 

Çin vətəndaşı Yang Songliang bu ilin avqust ayının 20-də Bakı şəhərində çin masajı xidməti üzrə “Şanxay” şirkətini yaradıb. Yang Songliang Dövlət Miqrasiya Xidmətinin rəsmi razılığı ilə Çindən 4 masajist gətirib. İşin çoxluğunu nəzərə alan əcnəbi sahibkar 5-ci masajist işə götürməyi qərara alaraq Çindən mütəxəssis dəvət edib. Və bunun üçün lazım olan bütün qanuni sənədləri DMX-yə təqdim edib. Əcnəbi iş adamı düşünüb ki, tezliklə zəruri icazəni alacaq.Lakin 13 noyabr 2014-cü il tarxidə saat 15:10-da Dövlət Miqrasiya Xidmətinin əməkdaşları gözlənilmədən və heç bir sənəd təqdim etmədən ofisə soxulublar.

Yang Songliangın Qafqaz Xəbər Agentliyinə(qafqaznews.org) dediyinə görə: “Xidmətin əməkdaşları ofisə soxulanda işə götürməyə hazırlaşdığım masajist xanım da orda olub. Xidmətin əməkdaşları həmin xanımı qanunsuz sorğu-suala cəlb ediblər. Sonradan saat 19:45-də Xidmətin əməkdaşları yenidən ofisimizə gəliblər. Bu dəfə onlar masajist Taya Senklokdan sənədlərini tələb ediblər. Belə olanda bizim işçimiz onlardan Miqrasiya Xidmətinin işçiləri olduğunu təsdiq edən sənəd tələb edib. Bu sualdan sonra Miqrasiya Xidmətinin əməkdaşları bizim işçini döyərək salonu tərk ediblər. Şirkətimizin işçiləri ağır zədə almış Taya Senkloku Kliniki Tibbi Mərkəzə aparıblar”.
Döyülmə faktı ilə bağlı Nəsimi RPİ-nin 22-ci PB-də təhqiqat başlayıb. Təhqiqat bitəndən sonra Nəsimi rayon prokurorluğunda cinayət işi açılıb. Cinayət işinin istintaqı müstəntiq Vüsal Tağıyevə həvalə olunub.

Məsələ ilə bağlı qafqaznews.org saytında məqalə dərc olunandan sonra Yang Sonqliang bizimlə yenidən əlaqə saxlayaraq bildirdi ki: “DMX-nin əməkdaşı Elman mənə vəd verdi ki, 15 min manat versən məsələni həll edərik. Mən isə onunla razılaşmadım”.

20 noyabrda qafqaznews.org saytında yenidən konfliktlə bağlı “DMX-nin əməkdaşları məndən rüşvət istədi” başlıqlı yazı dərc olunandan sonra 21 noyabrda özünü DMX-nin əməkdsaşları kimi təqdim edən bir qrup şəxs agentliyin ofisinə hücum elədilər. Onlar heç bir sənəd təqdim etmədən “Bizə Yang Songlanq lazımdır” deyərək otaqlarda axtarış aparandan sonra redaksiyamızı tərk etdilər.

Bütün bu qanunsuzluqlardan sonra DMX-nin rəisi Firudin Nəbiyev DİN-ə müraciət edərək bildirib ki, “Şanxay” MMC-nin sahibi insan alveri ilə məşğuldur və guya Qafqaz Hüquq Mərkəzi onu hüquq-mühafizə orqanlarından gizlədir.

9 dekabrda Çin vətəndaşının hüquqlarını müdafiə edən, Qafqaz Hüquq Mərkəzinin baş direktoru Samir İsmayılov qafqaznews.org-a müraciət edərək bildirib ki, bu gün səhər mənə məlum oldu ki, Yang Songliang həbs olunub.

DİN-in Miqrasiya Xidmətindən növbətçi serjant Abışov qafqaznews.org-a bildirib ki: “ Çin vətəndaşını biz həbs eləmişik və onu DMX-yə göndərmişik”.

11 noyabrda Samir İsmaylovun qafqaznews.org-a söylədiklərinə görə, bu günədək mənim müvəkkilim barədə heç bir məlumat yoxdur: “ DİN-in Miqrasiya Xidmətindən verilən məlumata görə Yang Songlianq DMX-yə təhvil verilib. Artıq onun saxlanılmasından 48 saat keçir. Qanuna görə bu müddət ərzində ona qarşı ya konkret cinayət işi açılmalı, ya da azadlığa buraxılmalı idi. Ona görə də mən insan haqları üzrə Ombudsman Elmira Süleymanovaya müraciət eləmişəm”.

Ombudsman aparatının əməkdaşı Vüqar Məhərrəmov müxbirimizlə söhbətində Samir İsmayılovun dediklərini təsdiq elədi: “ Samir İsmayılov həqiqətən də bizə müraciət edib. Biz Yang Songlianqın yerini müəyyən eləmək üçün DMX-yə müraciət elədik. Xidmətdən bizə bildirdilər ki, həmin şəxs Kürdəxanı Miqrasiya Mərkəzində yoxdur. DMX-nin əməkdaşları onu da bildirdilər ki, bəlkə həmin şəxs Yevlax Miqrasiya Mərkəzində saxlanılır”.

Bu dəfə Yevlax Miqrasiya Mərkəzinə müraciət elədik. Mərkəzin adını bildirməyən əməkdaşı onlarda belə bir şəxsin olmadığını söylədi.

DMX ilə əlaqə saxlamaq cəhdimiz də alınmadı.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı isə bizə bildirdi ki, DMX mütləq çinli vətəndaşın yeri ilə bağlı onun vəkilinə və Çin səfirliyinə məlumat verməlidir.

Çinli sahibkarın nümayəndəsi, Qafqaz Hüquq Mərkəzinin baş direktoru Samir İsmaylovun fikrincə, yəqin ki, DMX rəhbərliyi vaxt udmağa və əcnəbi sahibkarı məhkəmə yolu ilə ölkədən deport eləməyə çalışır: “ Əgər belədirsə, onlar böyük səhv edirlər. Çünki Nəsimi rayon prokurorluğunda Taya Senklokun döyülməsi ilə bağlı aparılan cinayət işində Yang Songlanq şahid kimi iştirak edir. Ona görə də istintaq başa çatmayanadək o ölkəni tərk edə bilməz”.
 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024