Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (30-05-2016, 23:15)
“Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi tərəfindən “Gənclərin Bilik Olimpiadası” adlı layihəsinin növbəti seçmə turu keçirilib.

30 may 2016-cı il tarixində Bakı Biznes və Kooperasiya Kollecində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Gənclərin Bilik Olimpiadası” adlı layihənin növbəti seçmə turu keçirilib.

Seçmə turun rəsmi hissəsində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elnarə Kazımova, "Yeni Gələcək" Gənclərin Maarifləndirilməsi İctimai Birliyin baş katibi Ləman Muradova, Azərbaycan Kooperasiya Universitetinin  Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov, "Mənim təhsilim - mənim gələcəyim" kampaniyanın təsisçisi Rövşən Nəcəfov, Bakı Biznes və Kooperasiya Kollecin Tələbə-Gənclər Təşkilatının sədri Nigar Kərimova və fəal tələbələr iştirak etmişdir.

İlk öncə qonaqları salamlayan Kollecin Tələbə - Gənclər Təşkilatının sədri Nigar Kərimova tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışdı.

Sonra  "Yeni Gələcək" Gənclərin Maariflləndirilməsi İctimai Birliyinin baş katibi Ləman Muradova layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, həyata keçirilən layihənin əsas məqsədi gənclərin elm və yaradıcılıq potensialının nümayiş etidirilməsi üçün əlverişli şəraitin yaradılması, eyni zamanda istedadlı və potensiallı gəncləri müəyyən etmək və gələcəkdə onların potensialını  inkişaf etdirmək yolunda mühüm addımların atılmasından ibarətdir. L.Muradova qeyd etmişdir ki, intellektual oyunlar müasir dövrün ən prioritet məsələlərindədir və biz də ölkəmizdə bu sahədə olan istedadların üzə çıxarılmasını əsas məqsəd kimi qarşımıza qoymuşuq.

Qeyd edilən sahə üzrə ekspert kimi dəvət olunmuş "Mənim təhsilim - mənim gələcəyim" kampaniyanın təsisçisi Rövşən Nəcəfov elmə, təhsilə olan marağın artırılması, liderlik, komandada işləmək bacarığı kimi xüsusiyyətlərin üzə çıxarılması istiqamətində gənclərin ictimai fəallığını və sosial aktivliyini təmin edilməsi məsələlərlə bağlı məlumat vermişdir.  

Sonda çıxış edən Azərbaycan Kooperasiya Universitetinin  Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov bu kimi tədbirlərin həm gənc nəslin bilik və bacarıqlarının artırlmasındakı əhəmiyyətindən danışıb, həm də Gənclər Fondunun hər bir gəncə dəstək verməklə ölkəmizdə gənclərin potensialının üzə çıxarılmasının müsbət əhəmiyyətini qeyd etmişdir.

 

Rəsmi hissədən sonra "Gənclərin Bilik Olimpiadası"nın növbəti seçmə turuna start verilmişdir. Qeyd edək ki, layihə çərçivəsində 9 müxtəlif ali və orta ixtisas müəssisələrinin tələbələri arasında bilik olimpiadası keçirilir və Bakı Biznes və Kooperasiya Kolleci artıq ikinci təhsil müəssisəsidir. Xatırladaq ki, layihənin açılış və ilk seçmə turu Azərbaycan Kooperasiya Universitetində keçirilmişdir. Sonda layihənin bağlanışı və bilik olimpiadanın final mərhələsi keçiriləcəkdir. “Gənclərin Bilik Olimpiadasında” qalib gəlmiş tələbələr “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi tərəfindən mükafatlandırılacaqlar.

 I

 

Нажмите, чтобы О
шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024