Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (27-05-2016, 15:14)
Bakıda maşınları yeni üsullarla satırlar – Qeyri-rəsmi kredit

64ffcbe308e899d97f53afcb1d728208_XL

Azərbaycanda avtomobillərin kreditlə satışının dayanması  sürücüləri və avtomobil satıcılarını müxtəlif üsullara əl atmağa vadar edib.

Mediatv.az xəbər verir ki, Avtomobil ekspertləri fins.az-a bildirirlər ki, avtomobil bazarının əsas hərəkətverici mexanizmi avtomobil kreditləri idi. Kreditlərin dayanması ilə avtomobil bazarında böhran yaradıb. Belə olan halda,  satıcılar da müxtəlif yollarla satışları artırmağa can atırlar. Nəticədə, avtomobil sahibləri və bazarlarda olan salonlarda işlənmiş avtomobillərin kreditlə, etibarnamə və ehtiyat hissəsi kimi  satışı halları  artıb.

Qeyri –rəsmi kreditlə avtomobil satışı 2 dəfə artıb

Ekspertlər hesab edirlər ki, bank kreditlərinin avtomobil bazarından çıxması ilə  etibarnamə ilə satış hallarını ilin əvvəlindən 2 dəfə artırıb.  Avtomobil eksperti Fərid Məlikov fins.az-a bildirib ki, son dövrdə  avtomobil bazarının canlanması üçün avtomobil sahibləri, alverçi və salonlar müxtəlif qaydada satış üsullarına əl atırlar. Bunlardan biri  avtomobil bazarlarındakı salonlardır. Bu tipli satış yerləri  avtomobilləri qeyri-rəsmi qaydada kreditlə satırlar. Bu qaydada satışları salonlar sadəcə müştərinin görünüşü baxaraq şəxsiyyət vəsiqəsilə verirlər.  Ekspertin sözlərinə görə, satıcılar əvvəlcə avtomobili alan şəxsin evinə baxış keçirirlər, yəni harda yaşadığını müəyyən edirlər. Daha sonra müştəri ilə salon arasında natariusda təsdiqlənmiş müqavilə bağlanır.

Salonlar müştərinin görünüşünə baxıb maşını kreditə verirlər

Avtomobilin dəyərinin bir hissəsi əvvəlcədən ödənilir. Qalan hissə isə aylara bölünərək ödəniş həyata keçirilir. Bu şərt hər iki tərəf üçün uyğundur. Belə ki, salonlar bir neçə ayda satılmayan avtomobilləri kreditlə  daha baha və tez sata bilirlər. Məsələn, nəğd şəkildə  15 min manata satılan 2012-ci il model  “Hyundai Sonata” kreditlə 20 min manata təklif edilir.  Digər tərəfdən bəzi vətəndaşlar  avtomobil almaq istəsələr də nəğd ödəniş etmək imkanı yoxdur. Üstəlik rəsmi maaşı olmadığı və rayon qeydiyyatında olduğuna görə kredit götürə bilmirlər. Belə alıcılar üçün sadə şəkildə heç bir sənəd tələb olunmadan  avtomobil almaq göydən düşmə fürsətə çevrilir. Ona görə də  qeyri-rəsmi kreditlə alışa  razılaşırlar.

Kreditə maşın aldığına peşman olanlar onu eyni qayda ilə satır

Ekspertin sözlərinə görə, bundan əlavə avtomobili əvvəl bank krediti ilə alanlar isə  borcu ödəyə bilmədikləri üçün satmağa başlayıblar. Onlar  kreditdən qurtulmaq üçün maşını satırlar. Ödədikləri məbləğə daha ucuz qiymətə köhnə  “Mercedes” və az xərc aparan Rusiya avtmobilləri alırlar. Belə avtomobil sahibləri isə sürücülük etibarnaməsi ilə satış həyata keçirirlər. Məsələn,  avtomobili 15 min manata alan  sürücü 20-30 min kilometr sürdükdən sonra,  ilkin olaraq ödədiyi 5 min manatın nəğd  verilməsini, qalan hissənin isə banka aylıq ödənilməsi şərtilə  satdı.  Əvəzində sürmək üçün 1997-ci ilin  “Mercedes” avtomobilini 4500 manata aldı.  Köhnə olsa da, həm avtomobili var, həm də kredit ödəməkdən xilas olub.

Kreditdəki maşını alanların borcu qaytarmamaq şansı yoxdu

Avtomobili alan müştərinin krediti  ödəməsi isə  bir neçə aylıq  sürücülük etibarnaməsi ilə sığortalanır. Yəni, avtomobili kreditlə alan müştəri  borcunu tam ödəməyənə kimi onun sahibi olmur. Yalnız etibarnaməyə  uyğun olaraq sürücülük hüququ olur. Krediti tam ödədikdən sonra isə avtomobilin texniki pasportunu əldə edə bilir.

Satılmayan maşınlar ehtiyat hissəsi kimi 3-4 min  baha satılır

Yeni satış üsulları bununla da bitmir. Bəzi avtomobil sahibləri  avtomobili satışa çıxardıqları halda uzun müddət sata bilmədikləri üçün onu ehtiyat hissəsi kimi satışa çıxarırlar. Ekspert hesab edir ki,  belə satış bir neçə ay vaxt aparsa da, amma avtmobilin hər bir vinti belə pul gətirir. Səbrli satıcılar bütöv halda maşını ucuz sata bilərdilərsə, bu qayda ilə 2-3 min manat  daha çox gəlir əldə edə bilirlər. Məsələn, ötən ay avtomobil sahiblərindən biri  6-7 min manata sata bilmədiyi  2000-ci il model “Mercedes C Class” avtomobilini 2-3 ay ərzində ehtiyat hissəsi kimi  10 manata satmışdı. Amma bu tipli satışı dah hər sürücü həyata keçirə bilmir. Ehtiyat hissəsi kimi satşları daha çox  boksda və ya profaktoriyada tanışı olan və bu sahədə təcrübəsi olanlar həyata keçirir.

Kreditlə satılan maşın elanları 50 % artıb

Avtomobil bazarı ilə yanaşı avtomobil elan saytlarında da  kreditlə aldığı avtomobili satışa çıxaranlarla bağlı  təkliflər artıb. Alsat.az saytının rəhbəri Vaqif Hüseynov fins.az-a bildirib ki, ötən ildən etibarən  bu tipli elanlar 50 % artıb. Məsələn, ötən il hər 10 elandan 2-si kreditlə satışla bağlı idisə, indi hər elandan 5-I belə satış təklifidir. Onun sözlərinə görə,  qiyməti 50 min dollara kimi  avtomobillərin kreditlə satışı təklif edilir.  Belə ki, satıcılar avtomobilin real bazaar qiymətini ilkin ödəniş olaraq tələb edirlər. Qalan hissənin isə aylıq ödənişini təklif edirlər. Məsələn, 2012-ci il model “Toyota Land Cruiser” avtomobilinin qiyməti 50 min dollardır. Satıcı 40 min manatın əvvəlcə, qalan hissəsinin isə aylıq ödənişini təklif edir.

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024