Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (18-05-2016, 15:55)
Şamaxıda “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə görüş keçirilmişdir

 Şamaxıda “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə görüş keçirilmişdir

 

 

Mayın 17-də Şamaxıda “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə görüş keçirilmişdir.

Mediatv.az xəbər verir ki, tədbirdə Şamaxı, Qobustan, Ağsu, İsmayıllı və Kürdəmir rayonlarından olan 110 istifadəçiyə lizinqə verilmiş ümumilikdə 3 milyon 493 min 283 manat məbləğində 213 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarına 1 milyon 260 min 105,08 manat məbləğində güzəşt tətbiq edilmişdir. Xüsusi Komissiyanın qərarına əsasən tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 71 ədəd müxtəlif kənd təsərrüfatı texnikasının istifadəçilərin mülkiyyətinə verilməsi və onların Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınması həyata keçirilmiş və sənədlər vətəndaşlara təqdim edilmişdir. Eyni zamanda, “Aqrolizinq” ASC-dən lizinq yolu ilə əldə etdiyi kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş  istifadəçilərə də güzəşt üçün elektron ərizə verilməsi ilə bağlı Cəmiyyətin əməkdaşları tərəfindən xidmət göstərilmişdir.

Bildirilmişdir ki, Xüsusi Komissiyanın respublikanın 59 rayonunu əhatə etməklə keçirilmiş səyyar iclaslarında 1403 istifadəçiyə lizinqə verilmiş 2742 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarına 15 milyon 989 min 945,82 manat məbləğində güzəşt tətbiq edilmiş, istifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 815 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarının mülkiyyətinə verilməsi, hüquqi sənədlərin yerində vətəndaşlara təqdim edilməsi təmin edilmişdir.

 

“Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslər tərəfindən daxil olmuş elektron müraciətlər üzrə Xüsusi Komissiyanın qərarına əsasən 5522 istifadəçinin lizinqə götürdüyü kənd təsərrüfatı texnikasına ümumilikdə 64 milyon 602 min 843,59 manat məbləğində güzəşt tətbiq edilmişdir.

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024