Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (25-05-2016, 15:07)
KOLLEC DİREKTORU KİMƏ GÜVƏNİR?-ÖZƏL

 

Mediatv.az daxil olan məlumatlarda yenə də Şamaxı Sənaye-İqtisad Kollecində yer almış çeşidli qanun pozuntularına, müxtəlif korrupsiya hallarına dair açıqlamalar yer almaqdadır. Xatırlayırsınızsa saytımızda bu təhsil müəssisəsində təhsilin keyfiyyətini aşağı salan neqativ hallar barədə aldığımız məlumatlar əsasında hazırlanmış bir neçə tənqidi material dərc etmişdik. Yeni aldığımız məlumatlara görə, qarşıdan gələn yay imtahanları dövrünün də kollecin direktoru Anar Abbasov üçün olduqca “uğurlu” başlandığı vurğulanır. Ötən materialda da biz qeyd etmişdik ki, kollecdə olan mənbələr bu təhsil müəssisəsindəki vəziyyətin ümumiyyətlə son dərəcə gərgin olduğunu,korrupsiyanın tuğyan etdiyini vurğulayırlar.  Tələbələrin təhsil almaq həvəsləri məqsədyönlü şəkildə boğulur.İmtahanların qiyməti direktor tərəfindən müəyyən edilir. Tələbə məcburdur, borc-xərc edib imtahanların pulunu tapsın. Pulsuz imtahana gəlmək, avtomatik kəsilmək deməkdir.”Etibarlı mənbənin Mediatv.az-a verdiyi məlumata görə əlaçı tələbə olmaq üçün hər imtahan 60 man,zərbəçi tələbə olmaq üçün hər imtahan 50 man,adi tələbə olmaq üçün isə hər imtahan 40 man civarında müəyyənləşdirilmişdir .Anar Abbasov tərəfindən müəyyən edilmiş məbləğin yığılması qrup rəhbərlərinə həvalə olunub.Buna etiraz edənlər direktor tərəfindən şantaja məruz qalırlar.

Nazirlər Kabinetinin 2016-cı il 3 fevral tarixli qərarına əsasən, eyni və ya oxşar ixtisaslar üzrə kadr hazırlığı həyata keçirən, eyni coğrafi ərazidə yerləşən orta ixtisas təhsili müəssisələri şəbəkəsi optimallaşdırılıb. Belə ki Şamaxı Humanitar Kolleci və Şamaxı Dövlət Sənaye-İqtisad Kolleci birləşdirilərək Şamaxı Dövlət Regional Kolleci adlandırılıb. 

 Anar Abbasov Şamaxı Dövlət Regional Kollecinə direkor təyin olunmaq üçün bütün vasitələrdən eləcə də Şamaxı Dövlət Sənaye-İqtisad Kollecinə direktor təyin olunmasında rolu olan deputatın köməyindən faydalanmağa çalışır. Hətta onun rüşvət yığımı tələbini "eşitməyən" müəllimləri ram etmək üçün  Şamaxı Dövlət Regional Kollecinə direktor təyin olunmaq üçün yuxarılardan razılıq alındığını tez-tez vurğulayır.

Yazılarımızda biz hər dəfə belə bir fikri də xüsusi olaraq vurğulamışıq ki, kollec sistemi təhsil sahəsinin ayrılmaz və çox önəmli bir hissəsidir. Məhz elə bu səbəbdən də bu gün olkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar orta-ümumtəhsil məktəbləri və  kolleclər sistemində də mütərəqqi reformaları nəzərdə tutur.Təhsil Naziri cənab Mikayıl Cabbarovun rüşvətxorluğa qarşı apardığı mübarizəni "qulaqardına vuran" Anar Abbasova yəqin ki bir gün "dur"  deyəsən tapılacaq.

 

Mövzunun davamı olacaq...

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024