Sosial / Slayd (2-02-2016, 12:21)
Təhsil OCAĞI YOXSA QUMARXANA-ÖZƏL
Anar Abbasovun rəhbərlik etdiyi Şamaxı Dövlət Sənaye-İqtisad Kollecinin fəaliyyəti bu gün nə burda təhsil alan gənc nəslin formalaşması baxımından, nə də ümumilikdə cəmiyyətimizin maddi-sosial rifahının yüksəlişi baxımından əslində heç də qənaətbəxş hesab oluna bilməz. Bu iddia artıq neçə müddətdir ki, Mediatv.az-a daxil olan məlumatlarda öz əksini tapmaqdadır. Həmin məlumatlarda bildirilir ki, ölkəmizdə həyata keçirilən əsaslı təhsil islahatları bu kollecdə öz təzahürlərini hələ də tapa bilmir. Digər tərəfdən isə Anar Abbasovun öz işində yol verdiyi özbaşınalıqlar və ciddi qanun pozuntuları Təhsil Nazirliyinin diqqətindən hələ ki yayınmaqdadır. Əldə etdiyimiz məlumatlarda bildirilir ki, son vaxtlar kollecdə təhsilin səviyyəsi xeyli aşağı düşüb. Kollecdəki mənbələr bildirir ki, Anar Abbasovun bu müddət ərzində həyata keçirdiyi “islahatları” heç də mütərəqqi adlandırmaq olmaz. Belə ki, kollecdə elə əvvəllər olduğu kimi, bu gün də qiymətləndirmə zamanı tələbələrin savadından daha çox, onların maddi durumlarına fikir verilir. Bu gün Şamaxı Dövlət Sənaye-İqtisad Kollecində sessiyanı “uğurla” başa vurmağın qiyməti artıq imtahanların sayı ilə müəyyənləşdirilib.Əlaçı tələbə olmaq üçün hər imtahan görə Anar Abbasova 60 manat,zərbəçi tələbə olmaq üçün isə 50 manat məbləğində "ödəmək" lazımdır.Aylığa çıxmağın öz qiyməti,hər bir qayıbın isə ayrıca qiyməti müəyyən edilib. Bəzi imkanlı tələbələr rüşvət müqabilində dərslərdən azad olunurlar ki, bu da birbaşa müəssisədə davamiyyətin aşağı düşməsi ilə müşayiət olunur.Mənbənin Mediatv.az-a verdiyi məlumatlarda hər semestr Anar Abbasovun 250-300 min manat civarında rüşvət yığdığı vurğulanır. Öz növbəsində bu hal da əlbəttə ki, kollecdə tədrisin səviyyəsinə mənfi təsirini göstərməyə bilməz.
Bu və digər məsələlərə aydınlıq gətirmək üçün Anar Abbasova zəng açdıq.Təbii ki Anar müəllim qaldırılan problemləri qəbul etməsə də, kollecə tələbələrin gəlmədiyini,dolayısı yolla aylığa buraxıldığını etiraf etdi.O dərs otaqlarının boş olduğunu,bu boşluqdan istifadə edərək bütün günü kollecdə müəllimlərlə "domino" oynadığını vurğuladı.Görəsən Təhsil Naziri Mikayıl Cabbarov onun kollecdə qumarxana açdığından,kolleci alver predmetinə çevirməyindən xəbəri varmı?Yəqin yaxın günlərdə bu məsələlərə aydınlıq gətirmək üçün Təhsil Nazirliyinə,aparılmış maliyyə yoxlamaları ilə bağlı Maliyyə Nazirliyinə və digər təşkilatlara sorğu ilə müraciət edəcəyik.
Mövzunun davamı olacaq.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024