Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (11-05-2016, 16:34)
Hərbi attaşelər ermənilərin kimyəvi silah atdığı ərazidə

 

600@0

Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin cəbhə bölgəsinə səfəri davam edir.

Mediatv.az bildiri ki, ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, 11 attaşe ermənilərin atdığı 122 mm-lik ağ fosforlu top mərmisinin düşdüyü Tərtərin Əskipara kəndinə gəliblər. Onlar əraziyə baxış keçiriblər, attaşelərə erməni təcavüzü haqqında məlumat verilib.
XİN-in mətbuat katibi Hikmət Hacıyev deyib ki, ermənilərin kimyəvi silahdan istifadə etməsi mülki əhali arasında çoxsaylı tələfat olmasına hesablanıb. Çünki bu ərazi kompakt yaşadığı kənddir və kənddə heç bir hərbi təyinatlı obyekt yoxdur. Hədəf ancaq dinc sakinlər olub.
ATƏT-in nümayəndələrinin də ermənilərin kimyəvi silah atdığı əraziyə baxış keçirəcəyi gözlənilir.

 

 

Bu gün Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi tərəfindən Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin cəbhə bölgəsinə səfəri təşkil olunub. ANS PRESS-in məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin katibi Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Tərtər rayonunun Əskipara kəndində Ermənistan Silahı Qüvvələri tərəfindən fosfor təyinatlı silahın istifadə olunması müəyyən edilib:

“Bu, beynəlxalq konvensiyalarla qadağan olunmuş silahdır. Kifayət qədər təhlükəli xarakter daşıyır. Bu faktla əlaqədar olaraq adıçəkilən hər iki qurum tərəfindən Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin hadisə yerinə səfəri təşkil olunub. Onlar yerindəcə ermənilər tərəfindən fosforlu silahın istifadəsi ilə tanış olacaqlar. ANAMA mütəxəssisləri tərəfindən də mərminin təfərrüatları izah olunacaq”, – deyə mətbuat katibi bildirib.

Hikmət Hacıyev - XİN-in mətbuat xidmətinin rəhbəri

Hikmət Hacıyev – XİN-in mətbuat xidmətinin rəhbəri

Mayın 6-da isə xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndələri cəbhə bölgəsindəki kəndlərdə səfərdə olublar. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin sözlərinə görə, səfərdə əsas məqsəd hazırda xarici ölkələrin Azərbaycanda akkreditasiya olunmuş 80-dən çox nümayəndəsini cəbhəyanı ərazilərdəki vəziyyətlə tanış etməkdir.

“2 aprel tarixindən başlayaraq Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində törətdikləri təxribatlar, xüsusən də Tərtər, Ağdam istiqamətində yaşayış məntəqələrini hədəfə alması və bunun nəticəsində də şəxsi və dövlət mülkiyyətinə dəymiş zərər haqqında beynəlxalq ictimaiyyəti, xüsusilə də Azərbaycanda akkreditasiya olunmuş xarici diplomatların məlumatlandırılması məqsədi daşıyır. Onlar bu erməni vəhşilikləri ilə bir daha tanış olacaqlar. Proqramda diplomatik nümayəndəliklərin rəhbərləri, hərbi attaşelər iştirak edirlər”, – deyə qurum rəsmisi bildirib.

Cəbhəyanı ərazilərə səfər edənlər arasında Rusiyanın, Avstriyanın, İtaliyanın, Niderlandın və Türkiyənin Azərbaycandakı səfirləri olub.

Səfirlərlə Tərtər sakinlərinin görüşü

Səfirlərlə Tərtər sakinlərinin görüşü

Apreldə iki dəfə təmas xəttində gərginlik yaşanıb. Onlardan biri aprelin 2-dən 5-dək, digəri isə aprelin 25-dən bu günədək müşahidə olunub. Hər iki halda Ermənistan Silahlı qüvvələri Azərbaycanın mövqeləri və kəndlərini atəşə tutub, təxribata cəhd ediblər.

Aprelin 2-dən 5-dək davam edən döyüşlərdə Ermənistan Silahlı qoşunları xeyli sayda canlı qüvvə və texniki itki verib. Aprelin 5-də saat 12:00-da Azərbaycan Müdafiə Nazirliyi hər iki tərəfin razılığı ilə atəşkəs elan edib.

Amma aprelin 25-dən Ermənistan silahlı qüvvələri yenidən təxribata əl atıblar. Bu dəfə onlar daha çox Tərtər və Ağdam bölgələrini atəşə tutublar. Təkcə Tərtərdə 58 ev,  3 məktəb, 2 bağça və 1 elektrik təsərrüfatı sıradan çıxıb. Baş verənlər nəticəsində Azərbaycan tərəfindən iki dinc sakin həlak olub, 6 nəfər yaralanıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024