Cəmiyyət (5-05-2016, 15:35)
Hacıqabulda Ulu Öndər anıldı - FOTOLAR
Bu gün Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar olaraq “Vətənə, xalqa həsr olunan ömür” adlı tədbir keçirildi.
Mediatv.az xəbər verir ki, əvvəlcə Mərkəzin bələdçisi Nurlanə Muradova məktəblilərə Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən eksponatlar haqqında geniş məlumat verdi.Sonra tədbir Mərkəzin kino zalında davam etdirildi.Tədbiri giriş nitqi ilə Mərkəzin direktoru Aytən Zülfəliyeva açdı və qeyd etdi ki, tarixdə elə şəxsiyyətlər olur ki, onların həyat və fəaliyyəti bütöv bir xalqın, dövlətin inkişaf yolunu müəyyənləşdirir.Belə nadir şəxsiyyətlərdən biri də ötən əsrin və yeni minilliyin görkəmli siyasi və dövlət xadimi, xalqımızın Ümummilli lideri Heydər Əliyevdir.Ulu öndər Heydər Əliyevin fəaliyyəti dünya siyasəti sənətinin xəzinəsinə daxil olmuş, onun adı Azərbaycan xalqının rəmzinə, keçdiyi ömür yolu doğma torpağa məhəbbət və sədaqət meyarına çevrilmişdir.Azərbaycan xalqının şanlı oğlu, qüdrətli dövlət xadimi, dahi siyasətçi Heydər Əliyevin mayın 10-da anadan olmasının ildönümü tamam olur.Bu münasibətlə hər il Ulu öndərin anadan olduğu gün Azərbaycanın hər yerində, eləcə də başqa ölkələrdə yaşayan Azərbaycanlılar tərəfindən qeyd edilir.Sonra Heydər Əliyev Mərkəzinin Baş fond mühafizi Bahar Abasova, Zal baxıcısı Təranə Məlikova 1 saylı məktəbin UBR-i Xalidə İbrahimova geniş məruzə ilə çıxış etdilər.Sonda Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Əbədiyyət yolu” sənədli filminə tamaşa edildi.
Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin Direktoru Aytən Zülfəliyeva