Cəmiyyət (29-04-2016, 16:46)
Vaqif Dərgahlı: "Əməliyyat şəraitinə tam nəzarət olunur"
MN bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 122 dəfə pozublar
“Hazırda cəbhə xəttində vəziyyət stabildir. Əməliyyat şəraitinə tam nəzarət olunur.”
Mediatv.az xəbər verir ki, bu barədə Amerikanın Səsinə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.
O bildirib ki, Azərbaycan Silahli Qüvvələr tərəfindən qarşı tərəfin hərəkətini izləyir.
Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 122 dəfə pozublar.
Bu zaman 60, 82, 120 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan istifadə edildiyi bildirilir.
Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan, Noyemberyan rayonlarındakı mövqelərindən Qazax rayonunun Qızılhacılı və Quşçu Ayrım kəndləri atəşə tutulub.
Habelə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Koxanəbi kəndlərinin vurulduğu deyilir.
Bundan başqa, Krasnoselsk rayonu ərazisindən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərinin də atəşə tutulduğu açıqlanır.
Nazirliyin bildirməsinə görə, Tərtər rayonunun Çiləbürt, Yarımca, Göyarx, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Qaraqaşlı, Mərzili və Yusifcanlı kəndləri də atəş altında qalıb.
Məlumatda həmçinin qeyd edilir ki, Xocavənd, Füzuli, Cəbrayıl, Göygöl və Goranboy rayonlarının da yaşayış məntəqələri atəşə tutulub.
Nazirliyin bildirməsinə görə, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq qarşı tərəfə cavab zərbələri endirib.
Ermənistan tərəfi həmçinin cəbhədə vəziyyətin nisbətən sakit olduğunu bildirir.