Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (26-04-2016, 17:38)
Kəlbəcər girovlarına işgəncə verilir? - AÇIQLAMA

 

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) erməni girovluğunda saxlanan Dilqəm Əsgərov və Şahbaz Quliyevə işgəncə verilməsi ilə bağlı səslənən fikirlərə dair açıqlama verib.

 

Mediatv.az xəbər verir ki, Qurumun Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Modern.az saytına deyib ki, saxlanan şəxslərə sonuncu dəfə aprel ayının 21-də baş çəkilib:

“Beynəlxalq Qırmızı Xaç Komitəsinin bütün dünyada iş prinsipi belədir ki, baş çəkdiyi şəxslər barədə ictimaiyyəti məlumatlandırmır, fiziki durumu barədə açıqlama vermir. O ki, qaldı məktub yazıb-yazmamalarına, qeyd edim ki, saxlanılan şəxslər məlumatları ailələrinə müxtəlif növdə göndərə bilərlər. Bu məlumat şifahi və yazılı da ola bilər”.

İ.Hüseynova deyib ki, saxlanılan şəxslərdən ailələrinə məlumat çatdırılıb: “Bu dəfə yazılı məlumatın olmaması saxlanılan şəxslərin fiziki durumunun yaxşı olmaması anlamına gəlmir və heç bir şeyə dəlalət etmir”.

Qeyd edək ki, azərbaycanlı girovların ailələri sonuncu başçəkmədən sonra Dilqəm Əsgərov və Şahbaz Quliyevdən yazılı informasiya ala bilməyib. Ailə üzvlərinin bildirdiklərinə görə, BQXK rəsmiləri məktub yazılmamasını cəbhədə vəziyyətin gərginləşməsilə izah ediblər.

Yaxınları Komitənin şifahi olaraq “yaxşıdılar” informasiyana inanmır, onlara işgəncə verildiyini iddia ediblər.

2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qurulan “məhkəmə” qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024