Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (22-04-2016, 12:44)
Yiyəsiz qalmış dövlət qurumu: Ekologiya və təbii sərvətlər naziri bu qurumun əsasnaməsini niyə təsdiq etmir?

 

Azərbaycan prezidenti İlham Əliyevin 5 fevral 2015-ci ildə imzaladığı fərmanla Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunub.

Mediatv.az Avropa.info-ya istinadən xəbər verir ki, ləğv olunan komitənin funksiyalarının bir hissəsi Dövlət Əmlak Komitəsinə, digər hissəsi isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilib.

Beləliklə, komitənin tərkibində fəaliyyət göstərən Yer Quruluşu və Layihə institutu ilə Kadastr Mərkəzi və Monitorinq İdarəsi Dövlət Əmlak Komitəsinə, Dövlət Aerogeodeziya Müəssisəsi ilə Bakı Kartoqrafiya Fabriki isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə olunub. Bundan sonra ləğvetmə komissiyası yaradılaraq komissiyaya komitənin ləğvi üçün 3 ay vaxt verilib. 2015-ci ilin may ayının ilk on günlüyündə Dövlət Əmlak Komitəsi öz üzərinə düşən vəzifəni yerinə yetirərək komitəyə birləşdirilən müəssisələrin əsasnaməsini prezidentə təqdim edib. Prezident İlham Əliyevin sərəncamı ilə bu əsasnamə təsdiq edilib. 

Bundan sonra 2015-ci ilin sentyabr ayının 14-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Aerogeodeziya və Kartoqrafiya Agentliyinin yaradılması ilə bağlı sərəncam imzalayıb. Yaranan yeni agentliyə isə hələ də indiyə qədər rəhbər təyin edilməyib. Agentliyin işlərini müdir əvəzi olaraq təyinat almış Çingiz Əliyev icra edir. Əsasnaməyə görə 45 nəfər şəxsi işçisi olacaq agentlikdə artıq 35 nəfər yaxın işçi çalışır və bu işçilər də Ekologiya və Təbii Sərvətlə Nazirliyindən maliyyələşirlər. 

Əldə etdiyimiz məlumata görə, agentlikdə çalışan işçilər yüksək maaşla təmin edilib və həmçinin bayram mükafatlarını da alırlar. Buna baxmayaraq, həmin agentlikdə ixtisas olaraq bu struktur ilə əlaqəsi olan heç kim yoxdur. Məlumatı Avropa.info-ya verən mənbə bildirir ki, orada çalışanların hamısı kənar ixtisaslı şəxslərdir. Artıq agentliyin yaranmasından uzun zaman keçməsinə baxmayaraq, tabeçiliyinə verilmiş Dövlət Aerogeodeziya Müəssisəsi və Bakı Kartoqrafiya Fabrikinin indiyə qədər büdcəsi və əsasnaməsi təsdiqlənməyib. 

Qeyd edək ki, bu iki nazirlik yanında yaradılan agentliyin büdcəsi və nizamnaməsi ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov tərəfindən təsdiqlənməlidir. Loru dildə desək, yiyəsiz qalmış bu iki idarənin işçiləri 4 aydır ki, əmək haqqı almırlar. İdarələr məcburiyyət qarşısında qalaraq mart ayının 18-də bankların birindən kredit götürərək işçilərin yanvar ayı üçün əmək haqlarının bir hissəsini ödəyib. Bank faizlərinin isə gələcəkdə kimin hesabına ödənəcəyi hələ ki, sual altında olan məsələlərdən biridir. Sözügedən bu iki idarədə baş verən itkilərdən biri də illərdir orada çalışan savadlı mütəxəssislərin idarəni tərk edib getməsidir. 

Əldə etdiyimiz məlumata, görə idarənin savadlı mütəxəssisləri kütləvi şəkildə öz ərizələri ilə işdən çıxırlar. Bunun səbəbi isə kənarda onlara daha yüksək məbləğli maaşlın təklif olunmasıdır. Bu sahənin xüsusi əhəmiyyətə malik olduğunu nəzərə alsaq, qeyd edə bilərik ki, belə mütəxəssislərin də yetişməsi üçün uzun illər vaxt tələb olunur. Həyatının 25 və hətta 30 ilini bu idarəyə və bu ixtisasa həsr etmiş mütəxəssislərin itirilməsinin dövlət üçün sonradan hansı fəsadlara yol açacağını isə düşünmək belə çətindir. 

İdarə işçilərinin Torpaq və Xəritəçəkmə Komitəsinin vaxtında yaxşı maaş müqabilində çalışmasına baxmayaraq indi onların maaşı 200-300 manat civarındadır. 450-yə yaxın işçisi olan bu iki idarənin müqəddəratı isə hələ ki heç kimə məlum deyil. Bu idarələrin necə əhəmiyyətli olduğunu bilmək üçün isə bu idarələrin sovet dövründə SSRİ Nazirlər Kabinetinə tabe olduğunu bilmək kifayət edər. Müstəqillik dövründən sonra isə bu idarələr 2000-ci ilədək Azərbaycan Respublikası Nazirlər Kabinetinə daha sonra isə Dövlət Torpaq və Xəritəçəkmə komitəsinə verilib. Hətta sovet dövründə bu idarələrə kənar şəxslərin girişi də qadağan olunub. 

Mövzuda adı keçən qurumların mövqeyini dərc etməyə hazırıq.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024