Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (8-04-2016, 17:13)
Arif Alışanov büdcə vəsaitlərini necə "silib?"

 

Hesablama Palatası "Azərbaycan Televiziya və Radio Verlişləri" Qapalı Səhmdar Cəmiyyətinə ayrılan vəsaitlərin istifadəsində bir sıra nöqsanlar aşkar edib.

 

Mediatv.az Palatanın hesabatına istinadən xəbər verir ki, dövlət televiziyasında UEFA çempionlar liqasının final oyunlarından reportajlar hazırlamaq üçün ezam olunan işçilərə artıq vəsait xərc edilib, proqram təminatı vaxtından əvvəl hesabdan silinib, videomaterialların yeni formatda köçürülməsi, bərpası və geniş annotasiyalarının yazıması işlərini həyata keçirmək üçün yaradılmış işçi qrupunun üzvlərinin əməyinin ödənişini tənzimləyən daxili qaydalar və normativlər müəyyən edilmədən onlara əlavə əmək haqqı hesablanıb. Eləcə də təhtəlhesab şəxslərin hesablarına ödənilən, lakin istifadə edilməyən ezamiyyə xərcləri üzrə vəsaitlər qaytarılarkən, banka təhvil verilmədən, birbaşa kassaya mədaxil edilərək, sonradan təyinatı üzrə xərclərin ödənilməsinə yönəldilib. 

Palata aşkar edib ki, Azərbayacan Respublikasının dövlət satınalmalarını tənzimləyən normativ- hüquqi aktların tələblərinə bəzi hallarda tam riayət edilməyib, məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədi ilə malların (işlərin, xidmətlərin) satınalaınması ayrı-ayrı müqavilələrə bölünüb. 

Məlum olub ki, auditlə əhatə olunan dövrdə alınmış material ehtiyatlarının dəyəri mühasibat hesabatında düzgün uçota alınmayıb, dekorasiya işlərinin və kitabların dəyəri uçota götürülməyib, işçilərə qonorar ödənilərkən hesablanmış qonoraradan sosial sığorta haqqının hesablanması zamanı artıq vəsait ödənişinə yol verilib. 

Nəzarət tədbirlərinin nəticələri Hesablama Palatasının Kollegiyasında müzakirə edilib, və müvafiq qərarlar qəbul edilib. 

Dövlət televiziyasında həyata keçirilmiş audit tədbirləri üzrə aşkar edilmiş nöqsanlaraın aradan qaldırılması və nöqsanlara yol vermiş şəxslərin qanunvericiliklə müəyyən olunmuş qayadada məsuliyyətə cəlb edilməsi məqsədi ilə Kollegiya qərarının sürəti “Azərbaycan Televiziya və Radio Verlişləri” Qapalı Səmdar Cəmiyyətinə göndərilib. 

 

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024