2015-ci ildə Azərbaycanda erkən nikah faktlarının ən çox qeydə alındığı rayonların adları açıqlanıb.
Mediatv.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov APA-ya bildirib ki, 2015-ci ildə erkən nikah halları ən çox Şabran (18 fakt), Ağsu (22 fakt), Salyan (27 fakt) və Şəkidə (37 fakt) qeydə alınıb.
Şöbə müdiri əlavə edib ki, ötən il Lerik və İsmayıllı rayonlarında erkən nikah faktları qeydə alınmayıb: “2015-ci ildə erkən nikahlar Şamaxı (2 fakt), Hacıqabul (10 fakt), Saatlı (11 fakt), Sabirabad (13 fakt) rayonlarında da qeydə alınıb”.
E.Səfərov qeyd edib ki, 2015-ci ildə erkən nikah faktlarına görə 52 cinayət işi açılıb.