Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (24-03-2016, 12:50)
Füzuli rayon İcra Hakimiyyətinin başçısı “N” saylı Hərbi Hissəsində xidmət edən əsgər və zabitlərlə görüş keçirmişdir - FOTOLAR

Füzuli rayon İcra Hakimiyyətinin başçısı  “N” saylı Hərbi Hissəsində xidmət edən əsgər və zabitlərlə görüş keçirmişdir - FOTOLAR

 

 Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri Novruz Bayramı münasibətilə cəbhə bölgəsində, düşmənlə üz-üzə dayanmış, Müdafiə Nazirliyinin “N” saylı Hərbi Hissəsində xidmət edən əsgər və zabitlərlə görüş keçirmişdir.  

          Mediatv.az xəbər verir ki, Alı Alıyev hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön xəttdəki səngərlərə baş çəkmiş, burada xidmət edən əsgərlərin xidməti vəziyyəti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə fərdi söhbətlər aparmış, onlara bayram sovqatı çatdırmışdır. Alı Alıyev Novruz bayramının xalqımızın ən sevimli bayramlarından biri olduğunu, Azərbaycan torpağında həmişə əziz tutulan bu bayramın verdiyi tükənməz mənəvi güc sayəsində əsgərlərə gələcəyə daim ümidlə baxmağı tövsiyyə etmişdir.

           Şəxsi heyyətlə keçirilən görüşdə çıxış edən Alı Alıyev Novruz bayramı münasibətilə əsgərləri təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulamışdır. Alı Alıyev bildirmişdir ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması və bayrağımızın Dağlıq Qarabağda dalğalanmasıdır:

          -  “Bunun üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, Prezident Cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik”.

          Alı Alıyev qeyd etmişdir ki, Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəldikdən sonra da ordu quruculuğu siyasətini davam etdirmişdir. Bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz ümummilli lider Heydər Əliyevin gərgin əməyinin bəhrəsidir.

          "Prezident, Ali Baş Komandan İlham Əliyev ulu öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində öz səylərini daha da artıraraq Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olmuşdur”.

           Alı Alıyev əsgərlərə Vətənimizin etibarlı müdafiəsi naminə nümunəvi xidmət, xoşbəxtlik arzulamışdır.

          Çıxış edənlər belə görüşlərin əsgərlərə mənəvi dəstək olduğunu, ruh yüksəkliyi yaratdığını vurğulamışlar.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı  “N” saylı Hərbi Hissəsində xidmət edən əsgər və zabitlərlə görüş keçirmişdir - FOTOLAR
Füzuli rayon İcra Hakimiyyətinin başçısı  “N” saylı Hərbi Hissəsində xidmət edən əsgər və zabitlərlə görüş keçirmişdir - FOTOLAR

 

шаблоны для dle 11.2

Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024