Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (26-10-2015, 10:56)
Füzuli RİH başçısı n saylı hərbi hissədə əsgər valideynləri ilə görüşmüşdü- FOTOLAR

Füzuli RİH başçısı n saylı hərbi hissədə əsgər valideynləri ilə görüşmüşdü- FOTOLAR 

 Ali Baş komandan, Prezident cənab İlham Əliyevin müvafiq göstərişinə əsasən respublikanın bütün hərbi hissələrində əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günləri keçirilir. Növbəti "Açıq qapı" günü  Füzuli rayonunda yerləşən N aylı hərbi hissədə keçirilmişdir.

Mediatv.az xəbər verir ki, "Açıq qapı" günündə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, N saylı hərbi hissənin komandir-zabit heyəti və əsgər valideynləri iştirak etmişdir.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev əsgər valideynləri ilə birgə hərbi hissənin ərazisini gəzmiş, şəxsi heyətin yaşayış və məişəti üçün yaradılan şərait, eləcə də xidməti və inzibati binalar, əsgər yataqxanaları və yeməkxanaları ilə yaxından tanış olmuşdur. 

Alı Alıyev əsgər valideynləri ilə söhbətində bildirmişdir ki, bu cür görüşlər əsgər-valideyn münasibətlərinin şəffaf qurulmasına, xalqla ordu birliyinin formalaşmasına xidmət edir. Qeyd etmişdir ki, gənc əsgərlərin qulluq yerində doğmalarını görmələri onların xidməti daha həvəslə, yüksək ruh yüksəkliyi ilə yerinə yetirmələrinə müsbət təsir göstərəcəkdir.

Hazırda Azərbaycanda xalqla ordu birliyinin mövcud olduğunu vurğulayan Alı Alıyev qeyd etmişdir ki, bu gün hər bir azərbaycanlının ən böyük arzusu Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın düşmən tapdağından azad olunması və bayrağımızın Dağlıq Qarabağda dalğalanmasıdır:  

-“Bunun üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik”.-deyə Alı Alıyev vurğulamışdır

Hərbi hissə komandanlığı bu cür görüşlərin keçirilməsinin əsgərlərə mənəvi dəstək olduğunu, onlarda ruh yüksəkliyi yaratdığını vurğulamışdır.

шаблоны для dle 11.2

Xəbər lenti
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
8 05 2025