Cəmiyyət (16-03-2016, 11:48)
Cavid Qurbanov Çingiz Məmmədovu işdən çıxardı
“Azərbaycan Dəmir Yolları” QSC-nin nəzdində olan Dəmir Yollarının və Texniki Qurğularının Təmir-Tikinti Departamentinin sədri işdən çıxarılıb.
Mediatv.az xəbər verir ki, bu barədə redaksiyamıza məlumatı “Azərbaycan Dəmir Yolları” QSC-dəki mənbə verib. Çingiz Məmmədovun hansı səbəbdən işdən çıxarıldığı bəlli deyil.“Azadlıq” məlumatı dəqiqləşdirmək üçün Azərbaycan Dəmir Yolları ilə əlaqə saxlayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib ki, onda bu barədə məlumat yoxdur. O, kadrlar şöbəsilə əlaqə saxlamağı tövsiyyə edib. Həmin şöbədən isə məlumatı təsdiqləyiblər.
Qeyd edək ki, bir neçə gün əvvəl iş adamları Əsgərov Cavanşir Əli oğlu, Əhmədli Camal Qaçay oğlu və Ibadi Rahid Famil oğlu tərəfindən Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin rəisi Kamran Əliyevə müraciət etmişdi. Onlar Dəmir Yollarının və Texniki Qurğularının Təmir-Tikinti Departamentinin sifarişi ilə bir neçə layihə həyat keçirdiklərini lakin pullarını ala bilmədiklərini bildirirdilər. Iş adamları bu məsələyə görə Çingiz Məmmədovu ittiham edirdilər. Müraciətdə Çingiz Məmmədovun əmlakları ilə bağlı da ilginc faktlar əks olunmuşdu. Mümkündür ki, Çingciz Məmmədovun işdən çıxarılmasında bu müraciətin rolu olub. Onu da qeyd edək ki, Çingiz Məmmədov “Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş sədri, hazırda nəqliyyat nazirinin müavini olan Arif Əsgərovun yaxın adamıdır.