Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (15-02-2016, 10:18)
Dəmir Yolu İdarəsinin Departament rəhbərinin inanılmaz sərvəti -SİYAHI

Sahibkarlara 394 min manat borcu olan Çingiz Məmmədovun şadlıq sarayı, bahalı villaları, habelə avtomobilləri varmış, idarənin isə 1,2 ha ərazisini özünküləşdirib 

Mediatv.az xəbər verir ki, bir müddət əvvəl Dövlət Dəmir Yolu İdarəsindən şikayətçi düşmüş bir qrup iş adamının şikayətini oxucuların diqqətinə çatdırmışdıq. Camal Əhmədli, Cavanşir Əsgərov və Rahid İbadinin JAM.AZ-a göndərdikləri müraciətlərində sözügedən idarənin Dəmir Yollarının və Texniki Qurğularının Təmir-Tikinti Departamentinin rəhbəri Çingiz Məmmədovun onlara iş gördürdüyü, lakin bu günə qədər pullarını vermədiklərini vurğulamışdılar. 

Yenidən JAM.AZ-a müraciət edən hər üç iş adamı bildirirlər ki, ölkənin bir sıra rayonlarında sözügedən departamentin sifarişi əsasında xeyli sayda işlər görüblər. Bu işlərin həyata keçirilməsi üçün zəruri olan maliyyə vəsaitlərini isə Çingiz Məmmədovdan ala bilmədikləri üçün özləri şəxsi imkanları hesabına qarşılayıblar. Nəticədə, ayrı-ayrı satış mərkəzlərinə külli miqdarda borclu qalmalı olublar. 

Cavanşir Əsgərov, Rahid İbadi və Camal Əhmədli vurğulayırlar ki, hal hazırda Dövlət Dəmir Yolu İdarəsinin onlara görülən işlərin müqabilində 394 600 manat borcu var. «Biz evlərimizi, əmlaklarımızı bankda girov qoyaraq, pul götürüb sifarişləri yerinə yetirmişik. Lakin 3 ilə yaxındır ki, pullarımızı ala bilmirik. Dəfələrlə Çingiz Məmmədova müraciət etsək də, bizi qəbul etməyib. Hətta gördüyümüz işləri də danıb. Əvvəl deyirdi ki, pullar hissə-hissə ödəniləcək. Lakin sonradan məlum oldu ki, bu adam ümumiyyətlə, pulları ödəmək niyyətində deyil». 

Hər üç sahibkar düşdüklərini bildirir və vurğulayırlar ki, Dəmir Yollarının və Texniki Qurğularının Təmir-Tikinti Departamentinin rəhbəri Çingiz Məmmədovun özbaşınalığından beziblər. «Borclu olduğumuz şəxslər bizdən pullarını tələb edirlər. Lakin biz Çingiz Məmmədovdan pullarımızı ala bilmədiyimizdən, həmin şəxslərə olan borcumuzu qaytara bilmirik. Hamının yanında çətin vəziyyətə qalmışıq. Sizdən xahiş edirik ki, bizə yardımçı olasınız». 

Sahibkarlar vurğulayırlar ki, Çingiz Məmmədovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, özbaşınalıqla məşğul olduğundan sonradan xəbər tutublar. «Bu adam özbaşınalıqda ad çıxarıb. Dövlət əmlakını talamaq üçün hər cür addım atacaq biridir. Bunu təsdiq edən xeyli sayda faktlar var». 

JAM.AZ-a göndərdikləri müraciətlərində Çingiz Məmmədovun əmlaklarının siyahısını da qeyd ediblər. Onları oxuculara təqdim edirik:

- Quba rayonu, İ.Dağıstanlı küəsində villa;
- Quba rayonunda restoran;
- Şabran rayonunda villa;
- Xaçmaz Dəmir Yolu stansiyasının yaxınlığındakı Şadlıq Sarayı;
- İsmayıllıda villa;
- Bilgəhdə villa;
- «Vorovski»də əzəmətli villa;
- Nabran qəsəbəsində villa;
- Dövlət Dəmir Yolu İdarəsinin balansında olan Gəncə şəhərindəki 1,2 hektar sahə (Delovoy Dvor deyilən məntəqədə). Həmin ərazi Çingiz Məmmədovun həyat yoldaşı Yaqut Məmmədovanın adına keçirilib. Hazırda üzərində xeyli sayda obyekt var və hamısı icarəyə verilib;
- «Mersedes GL-500»: Qara rəngli, dövlət nömrə nişanı 90 AA 856;
- «Lexus 5700». Qara rəngli, dövlət nömrə nişanı 90 AA 524;
- «Range Rover»; 
- «Lexus»;
- BMW X5. 


İş adamları bildirirlər ki, bu hələ onlara məlum olanlardır. Onlar bu imkanların daha geniş olduğunu iddia edirlər. Onların sözlərinə görə, Çingiz Məmmədov uzun illər Dəmir Yolu İdarəsində tikinti-təmir işlərinin başında duran şəxs olub və külli miqdarda yeyintiyə yol verib. 

Sahibkarlar JAM.AZ vasitəsi ilə Prezident İlham Əliyevə də müraciət edərək, ondan kömək istəyiblər. «Cənab Prezident, biz Sizi həmişə dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Dəfələrlə bəyan etmisiniz ki, sahibkarları incitmək olmaz, onların gördüyü işlərin pulları ödənilməlidir. Lakin Çingiz Məmmədov Sizin tapşırıqlarınıza məhəl qoymayaraq, bu günə qədər bizə olan borcunu geri qaytarmır. Və bu zaman özünün vəzifə səlahiyyətlərindən sui-istifadə edir. Əminik ki, Siz hər bir azərbaycanlının prezidenti olaraq bizə yardımçı olacaq və gördüyümüz işlərin müqabilində yaranmış borcun geri qaytarılması üçün Dövlət Dəmir Yolu İdarəsinin səlahiyyətlilərinə qəti tapşırıq verəcəksiniz». 

Qarşı tərəfi də dinləməyə hazırıq. 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024