Cəmiyyət / Slayd (12-03-2016, 12:30)
SAMİR ŞƏRİFOV BU AY BAŞ NAZİR GƏTİRİLİRMİŞ – Yeni sensasiya
Maliyyə nazirinin məhz Nazirlər Kabinetinin gələn həftəyə planlaşdırılan hesabatı ərəfəsi “vurulması” təsadüf olmaya da bilər
Mediatv.az xəbər verir ki, sovet kəşfiyyatçısı olmuş, hazırda isə Amerikada maliyyə analitiki olan Yuri Şvetsin Ukraynanın “Qordon” agentliyinə müsahibəsində maliyyə naziri Samir Şərifova ittihamlarına rəsmi Bakı heç bir reaksiya vermir. Adı bu “verbovka”da keçən xarici işlər nazirinin müavini Xələf Xələfov və təmsil etdiyi nazirlik də israrla susur, Maliyyə Nazirliyinin mətbuat xidməti isə “üçqat agent” məsələsinə “bəs Mossad?”, – deməklə bu ittihamları ciddiyə almadığına işarə edib.
Hakimiyyətin ən parlaq müdafiəçiləri belə danışmaqdansa, indi susmağa üstünlük verirlər. Bu isə Şvetsin açıqlamasına münasibətdən daha çox hazırda ABŞ-da olan Samir Şərifovun faktiki müdafiəsiz qalması təəssüratı yaradır.
Maliyyə Nazirliyindən yayılan açıqlamanın nazirin özü ilə razılaşdırılıb-razılaşdırılmadığı məlum deyil. Amma bu ironik reaksiya nazirin müdafiəsi sayıla bilməz. Necə yəni “bəs, Mossad”, “bəs Britaniya kəşfiyyatı?” Axı nə qədər absurd və ya qeyri-ciddi hesab edilsə də, hədəf Azərbaycanın maliyyə sisteminə nəzarət edən nazirdir və burada seçilmiş ifadələr yumor hissi güclü olan mətbuat katibi üçün ironik görünə bilər, cəmiyyət üçünsə heç də gülməli deyil. “Kəşfiyyatçı” qalmaqalında indi ən qabarıq görünən detal da məhz Samir Şərifovun müdafiəsiz qalmasıdır.
Maliyyə naziri elə bir postdur ki, oraya hökumətdə “mənəm-mənəm” deyən hamının işi düşür, deputatlar belə ən müxtəlif xahiş üçün naziri arayırlar. İndi onlar belə danışmırlar… Susmaq həmişə razılıq əlaməti deyil, amma heç də hər yerdə susmaq qızıl da hesab olunmur. Yaxşı, əgər Şvets hökumətdə başqa bir nazirin adını çəksəydi, onda necə, münasibət bu cür ironikmi olacaqdı? Yaxud bu cür qalmaqallı açıqlamanın hədəfi qonşumuz Gürcüstanda və ya Türkiyədə bir nazir olsaydı nə baş verərdi? Və yaxud Şvets müxalifətin tanınmış bir lideri haqda belə ifşaedici açıqlama versəydi, nə olardı? İndi yəqin ki, hökumət də, telekanallarda fırtına qaldırmışdılar, bəlkə artıq prokuror həbs sanksiyası da vermişdi…
Xələf Xələfovla işimiz yoxdur, diplomatın vətənindən başqa “harasa bağlı olması” ilə heç kimi təəccübləndirmək olmaz. Amma hədəf maliyyə naziridirsə, burada artıq kəşfiyyat termini ilə desək, “sızma” var.
Samir Şərifovun personasına münasibət birmənalı deyil. Dövlət Neft Fonduna rəhbərliyi dövründə onun reputasiyası fərqli idi, mediaya açıq, gülərüz, korrupsiya ittihamlarına bulaşmamış azsaylı məmurlardan hesab olunurdu. Maliyyə Nazirliyinə rəhbərlik edəndən sonra o da sanki özünə qapandı, qapıları jurnalistlərin üzünə bağlandı, ona qarşı da korrupsiya ittihamları başladı.
Onun maliyyə naziri təyin edildiyi 2006-cı ilə diqqət çəkək. Bu o dövr idi ki, ölkəyə neft pullarının gəlməsi başlamışdı, özü də para axını artan templə gedirdi.
MTN-in ifşasından sonra nazirin sələfi Əvəz Ələkbərov işdən çıxarılmasını Eldar Mahmudovun “verdiyi yanlış donoslarla” əlaqələndirib. S. Şərifov Eldar Mahmudovun kadrıdırmı, deyilmi, bunun indi o qədər də əhəmiyyəti yoxdur. Amma bu məsələdə çox ilginc müəmma da var. Beynəlxalq Bankdakı mənimsəmə qalmaqalı ortaya çıxanda Samir Şərifov “sudan duru çıxdı”. İndi Eldar Mahmudov evdə, Cahangir Hacıyev Kürdəxanıda dustaqdır. Mahmudov susur, Cahangir Hacıyev isə həbsdən Samir Şərifovu ittiham edir. Amma bu ittihamların heç biri, hətta devalvasiyaya görə sərt qınaqlar belə Samir Şərifovun tükünü tərpətmədi, mövqeyinə təsir etmədi. İndi isə nazir gözlənilmədən ən sərt ittihamlar qarşısındadır. Diqqət etsək, bu Beynəlxalq Bankda mənimsəmə qalmaqalı ortaya çıxandan sonra “trioda” yeganə salamat qalan Samir Şərifov idi. Korrupsiya ittihamı nədir ki? Oğulsan, buna döz…
Samir Şərifova qarşı ittihamlar hələ sübuta yetirilməlidir, təcrübəli “KQB” agenti üçün istənilən “verbovka” nağılı quraşdırmaq su içmək qədər asandır. Amma reputasiyanı “agentdir”, – deyə, zədələmək texnologiyası da var. Samir Şərifova qarşı işlədilən indilikdə məhz bu qəbildən çirkli texnologiyadır. Bəlkə indən sonra məhkəmədə Şvets “qələt etmişəm” desə də, bu ittiham zaman-zaman xatırlanacaq, kimlərsə yenidən lazım gəldikdə, işlərinə yaradıqda onu təzələyəcək. Həm də ona görə naziri hökumət müdafiə etməlidir ki, o deyilənlər də tarixə düşsün, tarix üçün qalsın.
Maliyyə naziri Azərbaycanda qismən qapalı postdur, hər ay media qarşısında hesabat verəcək adam deyil. Amma son aylar ölkədə ən üzdə olan nazir də elə Samir Şərifovdur. O, bu halından məmnun görünmür, fəqət əvvəlki dinclik dövrü geridə qalıb; ölkə nazirin ürəklə böluşdürəcəyi deyil, “qayçıladığı” büdcədən asılıdır. Bu da düşünmək üçün bir detaldır. Samir Şərifov iri oliqarx nazirlərin az qala şəxsi cibləri hesab etdiyi nazirlik büdcələrini bu il xeyli ixtisar etmək məcburiyyətində qalıb. Məlumatlara görə, maliyyə naziri aylardır “böyük başların” əlində qalıb, üstəlik bəziləri ilə onsuzda pis olan münasibətləri daha da gərginləşib.
S.Şərifovun məhz Nazirlər Kabinetinin gələn həftəyə planlaşdırılan hesabatı ərəfəsi “vurulması” bu baxımdan diqqət çəkir. Martın 15-də Milli Məclisdə hökumətin hesabatı dinləniləcək. Bir neçə ildir ki, hesabatı artıq çox yaşlaşmış baş nazir Artur Rəsi-Zadənin əvəzindən Samir Şərifov verir. Bu dəfə kim danışacaqdı, hələ ki bilinmir. Amma bu dəfə bu şəxs Samir Şərifov olmaya da bilər.
Baş nazirin yola salınması zaman məsələsidir, böhran qapını kəsib və hökumət başında zirək adam olmalıdır. Nə qədər səhih olduğunu demək çətindir, amma xəbər var ki, mart bayramı ərəfəsi Samir Şərifovun baş nazirliyi qətiləşəcəkmiş. Amma nə müəmmadırsa, baş nazir olmaq iddiasında olanlar bir-bir zəiflədilməkdə, sıradan çıxarılmaqdadır. Artur-Rəsi-Zadə gedəcəyi məsələsi aktuallaşan kimi ortalıq qarışdırılır. Hələ 2005-ci ildə Artur-Rəsi-Zadənin parlamentdə hesabat verib gedəcəyi deyilirdi. Amma ara Rəsi-Zadənin hesabatı “Cırtdan nağılı” adlandırılandan sonra qarışdı. Rəsi-Zadə də, hesabat da, baş nazirlik iddiaları da yaddan çıxdı...
İndi Azərbaycan daha bir “Cırtdan nağılı”na şahidlik etməkdədir. Rəsi-Zadənin hesabat verib gedəcəyi deyilən bir zamanda.
Olmaya ölkəni elə içəridə oturub Amerikadan qarışdırırlar…(“Yeni Müsavat”)
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024