Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (10-03-2016, 14:12)
Adı qalmaqalda hallanan nazir ABŞ-a yollandı

0ba27f1f949474217ad7f1cf01f4518b

 

Azərbaycanın maliyyə naziri Samir Şərifov ABŞ-a gedib.
Mediatv.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata əsasən “Şahdəniz 2”, “Cənub Qaz Boru Kəməri”, Trans-Anadolu Qaz Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin maliyyələşdirilməsi məqsədiylə “Cənub Qaz Dəhlizi” Şirkəti tərəfindən buraxılacaq istiqrazlarının beynəlxalq bazarlarda yerləşdirilməsi üçün hazırlıqlar başlayıb.

Nazirlər Kabinetinin 07 mart 2016-cı il tarixli qərarı ilə dövlət zəmanəti verilmiş istiqrazların beynəlxalq maliyyə bazarlarında yerləşdirilməsi üçün “Citi Bank”, “UniCredit”, “JP Morgan” bankları seçilib.
“Lazard Freres SAS” şirkəti isə Azərbaycan tərəfinin maliyyə məsləhətçisi rolunda çıxış edir. Maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi, “Cənub Qaz Dəhlizi” Şirkətinin və Azərbaycan Respublikası Dövlət Neft Fondunun nümayəndələrinin də təmsil olunduğu heyətin 2016-cı il 10-16 mart tarixlərində dünyanın əsas maliyyə mərkəzləri olan London, Nyu York, Los-Anceles, San-Fransisko və Boston şəhərlərində investorlarla görüşləri nəzərdə tutulur.
Bazar şərtlərindən asılı olaraq istiqraz emissiyası 1 milyard ABŞ dolları həcmində proqnozlaşdırılır.
Xatırladaq ki, keçmiş KQB zabiti, hazırda Amerikada yaşayan Yuri Şvets Samir Şərifov barəsində qalmaqallı açıqlamalar verib. O deyib ki, Samir Şərifov ABŞ-ın, Rusiyanın və Türkiyənin agentidir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024