Cəmiyyət (29-02-2016, 17:51)
Hafiz Hacıyev: “Tramp qədər pulum olsaydı... “
“O çıxışları etdiyim üçün çox peşmanam”; “Amerikanın prezidenti bu dəfə Hillari xanım olacaq”
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev amerikalı milyarder Donald Trampın ABŞ prezidentliyə namizəd olmasına münasibət bildirib.
Mediatv.az xəbər verir ki, “Yeni Müsavat”a danışan partiya sədri, D.Trampı Amerikanı gələcəkdə fəlakətə aparacaq siyasətçi kimi gördüyünü deyib:
“Onun yürütdüyü siyasət mənim xoşuma gəlmir. Pulla hər şey həll olunmur. Siyasətdə pul önəmlidir, amma sonradan hakimiyyəti qoruyub saxlamaq, onu inkişaf etdirmək üçün o qədər də önəmli vasitə hesab etmək olmaz. Onun publik çıxışları, verdiyi vədlər, Amerika siyasətinə uyğun gəlmir.
Fikrimcə, Amerikanın növbəti prezidenti Hillari xanım olacaq. Düşünürəm ki, onun prezident olması həm Amerika, Azərbaycan, həm də dünya üçün daha xeyirli ola bilər. Donald Tramp dəfələrlə ermənilərin müdafiəçisi qismində çıxışlar edən, dırnaqarası soyqırım məsələsini də ortalığa gətirən, eyni zamanda müsəlman dünyasına həqarətlə yanaşanlardan biri olub. Onun ABŞ-da hakimiyyət başına gəlməsi Azərbaycan üçün də xoş vədlər vermir.
Amerika xalqı müdrik xalqdır. Onlar dünyada gedən prosesləri görür, kimin nə danışdığını bilirlər. İnanmıram ki, dünyanı idarə etmək gücünə malik olan dövlət belə bir insanı seçsin”.
“Azərbaycanda D.Trampla müqayisə olunacaq siyasətçi varmı?” sualımızı partiya sədri bu cür cavablandırdı:
-Bilirəm nəyi nəzərdə tutursuz, mənim bir az publik çıxışlarımı. Şəxsən mənim prezident seçkilərində etdiyim çıxışların hamısı zaman-zaman gəlib öz yerini tutub. Fikirlərimi ifadə edəndə həmişə gələcəkdə, keçmişdə olan bütün arqumentlərə, faktlara söykənib çıxış etmişəm. Mənim də publik çıxışlarım olub. Hər halda buna işarə vurursuz. Amma mən millətim, dövlətim üçün çıxışlar etmişəm. Neynəmək olar ki, bizim dövlətin içində “çörəyi dizinin üstə “ olanlar var, dəyərimizi bilməyən, vaxtilə apardığımız mübarizəyə dəyər verməyən, hər şeyi pulda görən insanlar var.
Bu gün publik çıxışlarıma görə bir az peşmanam. Çox peşman olmuşam ki, niyə o çıxışları etmişəm, niyə özümə çox düşmən qazanmışam və qazandığım nə olub? Daha bu cür çıxışlara ehtiyac duymuram. Hər halda 4-cü dəfə Azərbaycanda prezidentliyə namizəd olacam. Publik çıxışlardan bir qədər kənar olub, daha realist, xalqının arzularını ifadə edəcək tonda, Azərbaycanın gələcəyini uğura aparan yol üçün mübarizə aparmaq lazımdır”.
Hafiz Hacıyev milyarder D.Tramp qədər sərvətə malik olsaydı, həyata keçirmək istədiyi arzularından danışıb:
“Əgər Tramp qədər pulum olsaydı, qoymazdım Azərbaycan xalqı bu cür səfalət içində yaşasın. Bir manatıma qədər xalqla bölüşüb, onların dərdinə qalardım. Onun sərvəti məndə olsaydı Qarabağ torpaqlarını azad edərdim, Azərbaycanın paytaxtını Xankəndinə köçürərdim. Kənd və rayonlarda, Bakının küçələrində dilənçi, səfalət içində yaşayan insanların sayının çox olmasına qoymazdım. Qarabağda döyüşən, amma bu gün səfalətdə yaşayan Qarabağ qazilərinə pulsuz evlər verər, bütün kommunal xərclərdən azad edərdim. Nəhayət, bu günki mətbuatın, televiziyanın inkişafı üçün çalışardım. Çox təəssüf ki, bu qədər pulumuz yoxdur, bir qarnı ac, bir qarnı tox dolanan insanlarıq.
Rusiyada Tramp qədər imkanlı şəxslər çoxdur, lakin onlar da Azərbaycan xalqı üçün deyil, ermənilərə daha çox yardımlar edirlər”.
Qeyd edək ki, milyarder Donald Tramp ABŞ-da prezidentliyə respublikaçılardan namizəd olmağa iddialıdır. Artıq dünya ictimaiyyətinə də məlumdur ki, D.Tramp daha çox antimüsəlman ritorikası, qaçqınlara qarşı çıxışları ilə tez-tez gündəmə gəlir. Onun qaçqınlara qarşı sərt mövqeyi hətta Roma katolik kilsəsinin dini lideri papa Fransisk ilə aralarında mübahisəyə səbəb olmuşdu.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024