Siyasət (17-07-2014, 20:39)
Partiya sədri partizan dəstəsi yaradır - ŞOK
Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Ermənistan hərbçilərinin işğal olunmuş ərazilərimizdən çıxarılması üçün partizan müharibəsinə başlanılması təklifi ilə çıxış edib.
Partiya sədri H.Hacıyev Publika.az-a açıqlamasında deyib ki, partiyasında çox cəsur və müharibədə döyüş hazırlığı yüksək olan insanlar var: "Partiyamda kifayət qədər vətənpərvər və müharibədə döyüşmək gücünə malik olan üzvlər var. Onlar hər an müharibəyə hazırdır. Mən onları başıma toplayıb və 1000 nəfərlik xüsusi dəstə ilə ermənilərə qarşı partizan müharibəsinə başlamaq istərdim. Təklif edirəm ki, hər bir partiyada da bizim kimi müharibədə döyüşmək üçün xüsusi heyət toplasın və ermənilərə qarşı partizan müharibəsinə başlayaq. Mən Kəlbəcərdə uzun müddət işləmişəm və Dağlıq Qarabağı yaxşı tanıyıram. Bir əsgər kimi də Qarabağda vuruşmağa hər an hazıram”. Ermənilərin Kəlbəcər istiqamətində girov götürdüyü Azərbaycan vətəndaşları ilə amansız rəftarına da toxunan H.Hacıyev deyib: "Ermənilərin bizim girovlarla o cür amansız davranması faşizimdən, vandalizmdən xəbər verir. Düşünürəm ki, artıq hər şey yetər. Azərbaycan dövləti hərəkətə keçməlidir. Əgər mənə imkan verilsə, günü bu gün başıma dəstə yığıb partizan müharibəsinə başlayaram. Mən belə bir təşəbbüs də qaldırıram ki, hər bir siyasi partiya müəyyən müddətdə fəaliyyətini dayandırsın və hər təşkilat 1000 nəfərlik dəstə yaratsın və ermənilərə qarşı partizan müharibəsinə başlayaq. Bütün dünya da görsün ki, artıq Azərbaycan xalqı ayağa qalxıb və öz torpaqlarını işğaldan azad etmək üçün cihad edir. O zaman əlbəttə ki, bütün beynəlxalq təşkilatlar, o cümlədən BMT və ATƏT-in Minsk qrupunun həmsədri olan "piyanska”lar da anlayar ki, artıq Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad etmək üçün hər şeyə qadirdir. Biz bunu etsək, o zaman bütün dünya da bizi müdafiə edəcək. Çünki Ukraynanı da bütün dünya müdafiə edir. Vətən uğrunda ölmək şəhidlikdir. Mən buradan da təklif edirəm ki, əgər kim mənə qoşulmaq istəyirsə, gəlsin bura, bir yerdə toplanıb gedək ermənilərə qarşı partizan müharibəsinə başlayaq. Azərbaycanın güclü Silahlı Qüvvələri də görəcək ki, xalq ayağa qalxıb, onlar da bizə dəstək verəcəklər”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024