Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (29-02-2016, 11:33)
DYP polislə qadın sürücü arasında insidentə münasibət bildirib (VİDEO)

DYP polislə qadın sürücü arasında insidentə münasibət bildirib (VİDEO)

 

 

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polis İdarəsi Bakıda polislə qadın sürücü arasında baş verən insidentə münasibət bildirib. 
Mediatv.az:  İdarənin İctimai Əlaqələr Bölməsinin rəisi polis polkovniki Vaqif Əsədov "Report"a bildirib ki, 99 YP 497 avtomobili ilə Xətai rayon ərazisində xidmət aparan yol polisləri xidmət zamanı 99 FH 475 dövlət nömrə nişanlı avtomobilin qabaq sağ qanadının əzilməsi faktını aşkarlayıb: "Eyni zamanda, müşahidə edilən zaman həmin avtomobil sürücüsünün Nəcəfqulu Rəfiyev küçəsi ilə Babək prospektinin kəsişməsində yol verməməsini aşkarlayıb. Eyni zamanda, "Saxla!" işarəsi versə də, sükan arxasında olan sürücü xanım avtomobili saxlamadan hərəkətini davam etdirib.
Avtomobili saxlamadan hərəkət edən sürücü "Saxla!" işarəsinə ikinci dəfə də məhəl qoymayıb.
Görülmüş tədbirlər nəticəsində Süleyman Vəzirov küçəsində həmin sürücü məcburən saxlanılıb. Sürücü saxlanılan zaman, ondan sənəd istənilib. Xanım sürücü sənədsiz olduğunu bildirib, eyni zamanda, çox pis söyüşlərlə yol polisini təhqir edib. O, yol polisinin sifətinə dırnaqları ilə xəsarət yetirib.
Videosüjetdə göstərldiyi kimi xanım yıxılır. Bu, o deməkdir ki, həmin qadın yol polisinə cırmaq atanda yol polisi özünü müdafiə edib. Bundan sonra, videogörüntülərdə də göründüyü kimi, sürücü xanım qaçmaq üçün yenidən maşına əyləşib, qaçmağa cəhd göstərsə də, polis pəncərənin açıq olmasından istifadə edərək onu saxlamağa məcbur olub.
Ümumiyyətlə bu mənzərədən sonra sürücü xanım və yanında əyləşən kişi - ilkin məlumatlara görə, onun həyat yoldaşıdır - Xətai Rayon Məhkəməsinin qərarı əsasında hər biri 200 manat cərimə olunub. Polis isə hazırda ona yetirilən xəsarətlə əlaqədar hospitaldadır.
Faktla bağlı araşdırmalar davam etdirilir".
V.Əsədov əlavə edib ki, hadisə şahidləri Xətai Rayon Polis İdarəsinin (RPİ) 37-ci Polis Bölməsinə (PB)  dəvət olunub: "Hazırda şahidlər dindirilir. Qadın sürücünün bu hərəkəti yolverilməzdir, ilk növbədə xanıma yaraşan iş deyil. İkincisi, polisə qarşı bu dərəcədə aqressiv olmaq olmaz".
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024