Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (20-11-2014, 23:13)
Xidməti vəzifəsini yerinə yetirən yol polisləri bıçaqlandı

Mahir Mahmudov, həkim: «Yaralı Yasin Umudov ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. Nicat Bayramov isə xəstəxanadadır»

Mediatv.az-ın məlumatına görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin iki əməkdaşı naməlum şəxs tərəfindən bıçaqlanıb. Hadisə paytaxtın Binəqədi rayonu ərazisində Cəfər Xəndan küçəsində baş verib. Xidmət başında olan yol polisinin əməkdaşları Nicat Bayramov və Yasin Umudov dövlət nömrə nişanı məlum olmayan “Nissan” markalı avtomobilin sürücüsü tərəfindən bıçaqlanıblar. Onların biri belindən, digəri isə qolundan yaralanıb.

Hər iki polis əməkdaşı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Yaralıları müalicə edən xəstəxananın həkimi Mahir Məmmədovun sözlərinə görə, Yasin Umudova ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Nicat Bayramov isə xəstəxanada həkim nəzarətindədir: «Təcili əməliyyat otağına verildi və yaranın birinci işlənməsi aparıldı. Hazırda xəstə stabil vəziyyətdədir. Müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində davam etdirilir».

Hadisə ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin də mövqeyini öyrənməyə çalışdıq. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədovun Mediatv.az saytına verdiyi məlumata görə, bıçaqlanan şəxslər xidməti vəzifələrini yerinə yetirən zaman məlum hadisə baş verib: «Yol polisi funksional vəzifəsini icra edərkən intizamsızlığa meyilli olan sürücünün onlara qarşı aqressiv hərəkətidir desək daha düzgün olardı. Hər halda xidmət zamanı yol polisi saxlama işarəsi verdiyi avtomobil sürücüsü bu tələbləri yerinə yetirməlidir. Lakin göründüyü kimi, tələblərin yerinə yetirilməməsi bir tərəfə, digər tərəfdən polis əməkdaşına bıçaqla zərbə endirərək, hadisə yerindən qaçmağa müvəffəq olub. Lakin sürücü və avtomobil tez bir zamanda aşkar edilərək, lazımi tədbirlər görüləcək».

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, cinayəti törədən şəxsin idarə etdiyi "Nissan" markalı avtomobil Bakı sakini Ağayev İlham Əbülfət oğluna məxsusdur. Artıq həmin avtomobilin sahibi saxlanılıb. Faktla bağlı isə cinayət işi başlanıb. Hadisə zamanı sükan arxasında olan, hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam edir.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024