Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (16-10-2014, 20:37)
Baş həkim narazı vətəndaşı satın alıb? - Şok iddia

 

Ötən gün xəbər vermişdik ki, Saatlı rayonu Qazanbatan kənd sakini Cavad Cavadov şikayət edərək, Sabirabad Xəstəxanasının Doğum Evində 4 gündük uşağının ölümünə səbəb olduqlarını iddia etmişdi. JAM.AZ-a ünvanladığı məktubda Cavadov qeyd etmişdi ki, həyat yoldaşı Könül Cavadova və körpəsi evə buraxılandan 1 saat sonra dünyasını dəyişib. 

Həmin məktubda o da qeyd olunurdu ki, Sabirabadlı həkimlər Cavadovlardan doğum prosesi üçün 700 manat pul alıblar. 450 manatı qeysəriyyə əməliyyatı üçün alınmış həmin rüşvətin yerdə qalanı iynənin vurulması və digər zəruri işlər üçün alınıb. Amma doğulan körpə 4 gün sonra müəmmalı şəkildə dünyasını dəyişib. Üstəlik, ana və ataya körpələrinin xəstə olduğuna və ya onun hər hansı probleminin varlığına dair heç nə deyilməyib. 

JAM.AZ xəbər verir ki, Cavad və Könül Cavadovların şikayətlərini yazmalarından sonra dünən qəribə bir vəziyyət yarandı. Belə ki, Cavadın atası Valeh Təriş oğlu Həziyev müraciət yayaraq, oğlunu təkzib etdi. Həmin açıqlamasında Valeh Həziyev bəyan edib ki, onun uşaqlarından heç kim pul almayıb. Hətta az qala oğlunu günahkar da çıxara. 

İlk baxışdan, bu olayı körpəsini itirmiş bir atanın etdiyi şikayət və onun böyüklərinin işə qarışmasından sonra aranın sakitləşdirilməsi cəhdi kimi qiymətləndirdik. Lakin apardığımız kiçik araşdırmadan sonra ortada çox iyrənc bir durumun olduğunu müəyyənləşirdik. 

JAM.AZ xəbər verir ki, Valeh Təriş oğlu Həziyev oğlu Cavadın uşağı dünyaya gələndə ümumiyyətlə, xəstəxananın həndəvərinə dolanmayıb. Hətta nəvəsi dünyasını dəyişdikdən sonra onun nəşindən belə imitina edib və məsum körpəni K.Cavadovanın atası ailəsi Saatlı rayonunun Minbaşı kənd qəbristanlığında dəfn ediblər.

Vəziyyət dəyişdikdən sonra isə Sabirabad Mərkəzi Xəstəxanasının baş həkimi Əziz Mikayılovun yanına gedərək, işi «çözə» biləcəyini təklif edib. Və Mikayılov da ona həkimlərin aldığı 450 manatı verərək, bəyanat yaymasını istəyib. Beləliklə, Tərişin oğlu Valeh pula xatir öz nəvəsinin ölüm səbəbini araşdırmaq əvəvinə, bu işi həyata keçirənlərlə əlbir şəkildə hərəkət edib. 

JAM.AZ bildirir ki, Sabirabadın baş həkimi Əziz Mikayılovun adı iri maliyyə yeyintilərindən tutmuş, uşaq və ana ölümlərinə rəvac verənlər sırasında hallanır. Elə bu səbəbdəndir ki, onun rəhbəri olduğu qurumda 2011-ci ildə 4 ölüm hadisəsi qeydə alınmışdı. 2012-ci ildə 1, bu il isə daha bir ana ölümü yaşanıb. 

Maraqlıdır ki, bunca ölüm hallarına rəğmən, Sabirabadın baş həkimi Əziz Mikayılova və Doğum Şöbəsinin həkimlərinə niyə kimsə güldən ağır söz deyə bilmir? Olmaya baş həkim bütün valiyenləri 450 manatın qarşılığında ələ ala bilir? 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024