Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (17-02-2016, 11:48)
“Finca Azərbaycan” Qarabağ əlilini intihar həddinə çatdırıb

 

Ötən ilin dekabrında baş verən ikinci devalvasiya dollarla kredit götürən yüz minlərlə insanı çıxılmaz duruma salıb. Yeni məzənnə ilə krediti ödəyə bilməyən insanlar kredit təşkilatlarının təzyiqləri ilə üz-üzə qalıblar. Belə insanlardan biri də Tovuz rayonu, Vahidli kənd sakini, II qrup Qarabağ əlili Abdullayev Elbrus Sakit oğludur.

 

Mediatv.az xəbər verir ki, onun "Bölgəxəbər Tv"-yə daxil olan məktubunda Qarabağ əlili “Finca Azərbaycan” bank olmayan kredit təşkilatının (BOKT) ona yaratdığı problemin həllində dəstək istəyir.

E.Abdullayev yazır ki, əlil olduğuna görə iş tapmağı demək olar ki, mümkünsüzdür. 3 kiçik yaşlı övladını pensiya-müavinət və həyat yoldaşımın aldığı 140 manat maaşla birtəhər dolandırır: “2015-ci ilin sentyabr ayında uşaqların böyüdüyünü, xərclərin artdığını nəzərə alıb, heyvan almaq məqsədilə “Finca Azərbaycan” bank olmayan kredit təşkilatının Tovuz filialına kredit üçün müraciət etdim.

Təşkilatdan bildirdilər ki, istədiyim 6 min AZN-in hamısını manatla verə bilməzlər, yarısı dollarla olmalıdır. Onların təkidi ilə 3 min manat və 3 min dollar olmaqla iki kredit götürdüm. Həmin kreditlərin birinə 135 dollar, birinə də 135 manat aylıq ödəniş edirdim. 

Mənim aylıq pensiya və müavinətim son artımdan sonra 330 manat civarındadır. Bu, o deməkdir ki, aldığım pensiya və müavinəti az qala bütünlüklə kreditə ödəyirəm. Krediti təsərrüfatımı genişləndirmək üçün götürmüşdüm. Bu məqsədlə 1500 manatdan heyvan almışam, indi isə həmin heyvanın bazarda qiyməti 700-800 manata düşüb. Yəni dolanışığım çətinləşib. 

Bununla belə, mən krediti ödəməkdən tam imtina etməmişəm, BOKT əməkdaşlarına da bildirmişəm ki, mənə güzəşt edilsin, hələlik köhnə məzənnə ilə ödəniş edim, kredit müddətinin  sonunadək imkanım olarsa artan faizləri də ödəyərəm. Lakin onlar mənim heç bir xahişimə məhəl qoymadılar. 

Öncə məni ofisə dəvət edib ağ kağıza imza atdırmaq istədilər. Guya mənə ediləcək güzəşti rəhbərliklə razılaşdırıb ora yazacaqlar. Haqqımı-hüququmu, yaşadığım ölkənin qanularını bildiyim üçün bundan imtina etdim. Bu dəfə mənə təklif etdilər ki, hər iki krediti – həm dollarla, həm də manatla olanı – birləşdirib, dolları yeni məzənnə ilə hesablamaqla, üstəlik də əsas borcun faizini də üzərinə gəlməklə hesablayıb, alınan məbləği də yenidən 23 faizlə mənə kredit versinlər. Bu zaman müddəti 5 ilə uzadacaqlar və nəticədə mənim aylıq ödənişim azalacaq. Amma hesablayanda aydın olur ki, mən indiyədək qaytardıqlarımdan əlavə onlara yalnız dollr krediti üçün 8500 manat da ödəməliyəm. Bu, o deməkdir ki, mən götürdüyüm kreditin 80 faizindən də çox faiz ödəməliyəm.

“Finca Azərbaycan”ın yerli şöbəsi hər dəfə məni məhkəməyə verilməklə, həbs olunmaqla hədələyir.

Dövlətimin, xalqımın yolunda canımı qurban verərəm, uf demərəm. Amma bu fırıldaqçıların təzyiqi ilə həbs olunmaqdansa, 3 övladımla birlidə intihar etməyi daha üstün tutaram.”

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024