Cəmiyyət (16-02-2016, 21:26)
“Məhbusun fotolarının yayılması qadağandır” - İsa Əzizovun vəkili
Yanvarın 25-də bir qrup idmançı ilə yanacaqdoldurma məntəqəsinin əməkdaşlarını döyən İsa Əzizovla bağlı yayılan həbsxana fotoları gündəmdən düşmür.
Mediatv.az xəbər verir ki, fotolardakı şəxsin İ.Əzizov olmaması ilə bağlı onun vəkilinin açıqlamaları mövzunun səmtini dəyişib.
Əvvəllər məhbusun bu şəkildə fotolarının mətbuata ötürülməsinin cinayət olduğu daha çox ictimaiyyətin müzakirəsində idisə, indi İ.Əzizova məxsus olmadığı deyilən fotoların nədən onun adına çıxarılması geniş müzakirə mövzusudur. Artıq İ.Əzizovun həbsdən çıxmasına bir həftə qalır.
Onun azadlığa çıxdıqdan sonra da bu mövzunun hələ çox gündəmdə qalacağını düşünmək olar. Çünki istənilən halda bir şəxsin gözdən salınması üçün cəhdlər edilib. Kimlər edib, nədən edib, bu, müəmmalıdır.
İsa Əzizovun vəkili Gülşən Salmanova musavat.com-a açıqlamasında bu məsələni kökündən araşdırdıqlarını bildirdi: “Burada hansısa qanunvericiliyin pozulmasından söhbət gedə bilməz. Çünki o şəkillərin İsa Əzizova heç bir aidiyyatı yoxdur. Əgər onun fotoları olsaydı, o zaman deyə bilərdik ki, qanunvericiliklə məhbusun şəkillərinin yayılması qadağandır. Həbsxanalarda məhbusun şəkillərinin çəkilməsinin qadağan olduğu hər kəsə məlumdur. Fotolar ona məxsus olmadığına görə bu məsələ ilə bağlı aidiyyatı orqanlara müraciət etməyi düşünmürük. Məsələni ciddi araşdırmışıq. Ondan sonra bu qənaətə gəlmişik ki, şəkillər ona aid deyil. Gələcəkdə bu fotoların müzakirəyə çıxarılması, mətbuatda getməsi ilə bağlı ola bilsin ki, müəyyən addımlar ataq. Amma hazırda belə fikrimiz yoxdur”.
Xatırladaq ki, İsa Əzizovun general Məhərrəm Əliyevin qohumu olması ilə bağlı iddialar var. Məsələnin bu qədər gündəmdə qalmasının bəlkə də başlıcası səbəblərindən biri elə budur.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024