Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (7-02-2015, 19:59)
"Lamiyə təcili həbsdən buraxılmalıdır" - Zahid Oruc

"Lamiyə təcili həbsdən buraxılmalıdır" - Zahid Oruc

 

Millət vəkili Zahid Oruc son günlərin müzakirə mövzusu olan “Lamiyə işi” ilə bağlı mövqeyini Moderator.az-a açıqlayıb. 
 
Deputat bildirib ki, hər bir ölkənin informasiya məkanı coğrafi ərazisi qədər qorunmağa layiqdir: 
 
”Əks halda məhəlli məsələlər, fərdi hadisələr bir millətin taleyindən daha üstün bir mövqeyə çıxır və dünyada gedən proseslərə milli baxışı formalaşdırmaq əvəzinə hansısa kriminal mahiyyətli hadisənin kölgəsində qalırıq. Bu bizim ziyanımızadır. Məhbus “Lamiyə Quliyevanın işi” kimi məşhurlaşan bir məsələnin efirə, çap mediasına və virtual aləmə belə daxil olması heç şübhəsiz həbsxanada doğulan o uşağın hesabınadır.Yoxsa, bir cinayət işi belə ictimai maraq və diqqət qazanmazdı.
 
İndi cəmiyyətdə formalaşan rəyi düzgün istiqamətə yönəltmək və onu ədalətli hüquqi sonluqla başa çatdırmaq da məhz hakimiyyət orqanlarından asılıdır.
 
Hamı qəbul etməlidir ki, uşaq həbsxanada böyüməz. Dünyaya gələn körpəyə ata axtarışına çıxana qədər onun azadlığa çıxması üzərində düşünmək daha böyük humanizm nümunəsi olar. Dövlət əleyhinə, yaxud milli təhlükəsizliyimizə qarşı olmayan məsələlərdə hər zaman güzəşt yolu tutulub. Azərbaycan dövləti on minlərlə insanı bağışlayaraq mənəvi tərbiyə yolu ilə cinayətdən islah edib və onların cəmiyyətə dönüşünə imkan yaradıb. Bu da olsun on min birinci. Bir məhbusun həbsdə dünyaya övlad gətirməsi bəlkə də təkcə o qadına azadlığa dönüş imkanı verməyib, həm də məhkəmə, prokurorluq və cəzaçəkmə müəssələrindəki həllini gözləyən bir sıra problemlərin də üzərinə işıq salmağa şərait yaradıb. Deməli, biz müxtəlif qurumlarda işimizi daha təkmil qurmalıyıq ki, daha heç kəs həyatını və gələcəyini həbsdə planlaşdırmaq məcburiyyətində qalmasın”.
 
Onun sözlərinə görə, bir uşaqla və həbsinin sonunda uğradığı haqsızlıqla özünə mərhəmət qazanmış bir insanın üzərindən indi keçmiş hakim, prokuror,yaxud cəzaçəkmə müəssisəsi rəhbərinin cəzalandırılmasını tələb etmək Azərbaycan hüquq mühafizə orqanlarının işidir. Hər halda Lamiyə Quliyevanın həbsə cinayətkar kimi daxil olsa da, oradan qurban kimi çıxması Aslan Aslanovun yaxın ətrafının onun qəzəb və imkanlarından yalnız intiqam naminə istifadəsinin nəticəsidir. Heç kəs ölümə haqq qazandıra bilməz. Lakin hamımız övlad böyüdərkən onun üzərində nəzarəti anını itirməyimizin necə böyük fəsadlara yol açıdığını da nəzərə almalıyıq. 
 
Ona görə DNT axtarışlarını bir kənara qoyub Lamiyə Quliyavanın həbsdən buraxılmasını təcili məhkəmə qaydasında həll eləmək lazımdır. Çünki bütün hallarda onun körpəsi azərbaycanlıdır və doğulduğu andan da ölkəmizin vətəndaşıdır. Zorakılıq və qanun pozuntuları ilə müşayiət olunan bu hekayənin sonunda doğulan o uşaq cinayətkar deyil. Bir məhbusun mənəviyyatını və xarakterinin o körpəyə heç bir aidiyyatı yoxdur. Onun dəmir barmaqlıqlar arxasından bir gün də tez buraxılması gələcəkdə belələrinin bir daha həbsə qayıtmayacağına inanmağa əsas yaradır. Ana və valideynə çevrilən bir məhbus, onunla bərabər həbs cəzası çəkən şəxslər də silsilə şəklində davam edən bir intiqam mübarizəsindən yalnız bu yolla qurtula bilərlər. Belələrinin bir daha əlinə qatil bıçağı götürməsinə də yol verməməliyik”.
 
Z. Oruc vurğulayıb ki, Azərbaycan dövlətinin mərhəməti və iradəsi Aslan Aslanovun övlad itkisi üzərindən yaşadığı 12 illik qəzəb, ağrı və kədərə qalib gəlməyə qadirdir: “ Çünki Lamiyə Quliyeva qatil və ya qurban olmasından asılı olmayaraq 12 ildən artıq cəza çəkib. Bundan sonra davam edəcək qisasçılıq və növbəti cinayətlərin qarşısının alınmasının yeganə yolu budur. Lakin müxtəlif səbəblərdən həbsdə olan qadınlarımızın Lamiyənin həyat tarixçəsini və hekayəsini təkrarlamaq istəməyəcəklərinə də əmin olmaq istəyirəm”
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024