Cəmiyyət (28-01-2016, 09:53)
“Bazarkom”un idmançı oğlu Bakıda “Rembo” rolunda
İsa Əzizov və dostları yanadacaqdoldurma məntəqəsində dava saldılar; generalın uzaq qohumu əvvəl törətdiyi cinayətlərə görə niyə cəzasız qalıb?
Mediatv.az xəbər verir ki, qudurğan, ictimai qaydaları kobud şəkildə pozan məmur övladlarının daha bir qovğası yanvarın 26-dan 27-nə keçən gecəyə təsadüf edib. Gecəyarısı Bakının Tiflis prospektindəki “Azpetrol” yanacaqdoldurma stansiyasına Az 90 HN 999 dövlət nömrə nişanlı “Bentley” avtomobili gəlib. Yanacaqdoldurma məntəqəsinin işçisinə aldığı benzinin qarşılığında maşının şüşəsindən 100 manatlıq uzadıb, qalıq pulun geri qaytarılmasını tələb edib.
Bu zaman əməkdaş ondan gözləməyi xahiş edib. Amma bu, “Bentley” sərnişinlərinin xoşuna gəlmir və onlar həmin oğlanla mübahisə etməyə başlayıblar. Nə baş verdiyini aydınlaşdırmaq üçün maşına yanacaqdoldurma məntəqəsinin mühafizəçisi Sadiq Bağırov gəlib və sərnişinlərə gözləməyi tövsiyə edib. Bu da ikinci qığılcıma səbəb olub. Maşından düşən “qoçular” S.Bağırovu mağaza tərəfə, təhlükəsizlik kameraları olmayan istiqamətdə sıxışdırıblar.
Bir neçə dəqiqə sonra isə hadisə yerinə ağ rəngli “Prado” gəlib. Bu maşından da idmançılar düşərək məntəqənin işçilərinin üstünə gedib və dava etməyə başlayıblar. Bundan sonra, “Bentley”in sürücüsü maşınından silah götürərək, “hamını güllələyəcəyəm” deyib. Amma dostu silahı onun əlindən almağa müvəffəq olub. Daha da hiddətlənən “Bentley” sürücüsü POS-terminalı götürərək Sadiq Bağırova başından zərbələr endirməyə başlayıb. Bundan sonra qoluzorlular çıxıb gediblər.
Məlum olub ki, qoluzorlu dəstənin başçısı general Məhərrəm Əliyevin qohumudur. Bu barədə KİV-lərdə yayılan informasiyanı generalın qardaşı, deputat Adil Əliyev təsdiqləyib. Adil Əliyev öz facebook səhifəsində bunları yazıb: “Dostlar, cinayət varsa, cəzası da olmalıdır. Uzaq qohumumuz olan İsa Əzizovun və dostlarının yanacaqdoldurma məntəqələrindən birində zorakılıq halına yol verdiyi bildirilir.
Biz uzaq qohum olaraq bu şəxsin əməllərinə cavabdeh deyilik. Onun ailəsinin böyüyü həmin şəxsi tənbeh etməlidir. Təəssüf ki, bəzi saytlar məsələnin mahiyyətini kənara qoyaraq sanki əllərinə fürsət düşmüş kimi başlığa İsa Əzizovun bizimlə qohumluq əlaqələrini ön plana çəkirlər. İsa Əzizovun hərəkətində qanunsuzluq təsbit olunarsa, o da hamı kimi qanun qarşısında cavab verəcək. Bunun başqa alternativi yoxdur.
Bəzi saytlarda yazıblar ki, guya adıçəkilən şəxs Kikboksinq Federasiyasının üzvüdür. Bu da kökündən yanlış xəbərdir, İsa Əzizovun yaxından, uzaqdan federasiyamıza aidiyyəti yoxdur, yarışlarımızda iştirak etməyib. Onun hansı idman növü ilə məşğul olması haqqında da məlumatım yoxdur. Hər gün ölkədə nə qədər cinayət hadisəsi baş verir. Bu kimi cinayətlər də onlardan biridir. Hər kəs özünə və ailə üzvlərinin hərəkətlərinə cavabdehlik daşıyır”.
Dəqiqləşdirmələr nəticəsində məlum olub ki, İsa Əzizov “8-ci km” bazarının sahibi Nadir Əzizovun oğludur. Eyni zamanda o, bir müddət əvvəl general Məhərrəm Əliyevin Pirşağıdakı bağ evini alıb. Jam.az yazır ki, İ.Əzizov orada bahalı quşlar saxlayır. Quşları kimsənin tutması, toxunması, hətta yaxınlaşması belə qadağandır. Əks təqdirdə, həmin şəxsin üzərinə Əzizovun “qoçu dəstəsi” göndərilir və məsələ “həll” edilir.
Ötən ilin mayında İsa Əzizov və dostları “Famous” karaoke klubunda qızları döyməklə gündəmə gəlmişdilər.
O zaman döyülmə faktı ilə bağlı Rusiya vətəndaşı Diana Babayeva və Elvina Əliyeva polisə ərizə ilə müraciət etmişdilər. Diana Babayeva həm də Rusiyanın Bakıdakı səfirliyinə müraciət etmişdi. Elvina Əliyevanın sözlərinə görə, İsa Əzizov onu döyüb və güclə maşına oturtmaq istəyirmiş. O zaman təhqirə məruz qalan aktrisa Diana Babayeva mətbuata açıqlamasında bildirmişdi ki, rəfiqəsi Elvina Əliyevanı döyən çempion İsa Əzizov qorxulu adamdır: “İsa Əzizovun bəyənib rədd cavabı aldığı qızların həyatı təhlükədədir. Bir neçə dəfə həmin klubda qızlara qarşı kobudluq edib. İsa Əzizovun ailə üzvləri mənə zəng edərək ərizəmi geri götürməyi, görüşməyi təklif edirlər. İsanın barəsində başqa bir cinayət işi olduğundan şikayətçi olmamağımı xahiş edirlər. Onlara dedim ki, sizin böyükdən də, kiçikdən də, hər birinizdən qorxuram”.
İndi məlıum olur ki, həmin dövrdə şikayət əsasında cinayət işi başlasa da, hüquq-mühafizə orqanları İsa Əzizovu tapa bilməyiblər. Ərköyün “bazarkom” oğlu daha bir zorakılığa yol verəndən sonra isə məlum olub ki, əslində onu heç kim axtarmırmış. Sonuncu insidentdən sonra Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Mahir İsgəndərov və İsa Əzizov müəyyən edilərək saxlanılıblar.
Aldığımız son məlumata görə isə artıq hər iki şəxs azad olunub. Qanunda edilən son dəyişikliklərə görə döyməyə görə cərimə nəzərdə tutulur. Odur ki, varlı-hallı məmur övladları, generalın qohumu və onun dostu artıq azadlıqdadır. 1000 manat cəriməni ödəyib sakitcə polis məntəqəsini tərk ediblər...
Musavat.com
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024