Cəmiyyət / Slayd (9-02-2016, 13:48)
Mahmudov “çete”sinin daha bir qurbanı haqqında...
Redaksiyamıza şairə-jurnalist Təranə Nazimqızının ailəsinin qarşılaşdığı haqsızlıqla bağlı yazısı daxil olub. Müəllif yazıda oğlunun Eldar Mahmudov “çete”si tərəfindən şərlənərək, haqsız yerə həbsdə yatmasından bəhs edir. Müəyyən oxucu kəsimi üçün maraqlı olacağını nəzərə alıb, yazını olduğu kimi dərc edirik.
“Hörmətli redaksiya, sizdən həmkar olaraq xahiş edirəm, səsimə səs verin! Yazdığlarımı nəzərə alaraq 16 saylı təcridxanada haqsız cəza çəkən oğlum Abdullayev Vüqar Abdulhəmid oğlunun düşdüyü vəziyyəti saytınız vasitəsi ilə ictimaiələşdirərək, haqq və ədalətin bərpası üçün öz kömək əlinizi əsirgəməyəsiz! Nəzərinizə çatdırım ki, Eldar Mahmudov və onun əlaltılarının törətdiyi əməllər mənim ailəmdən də yan keçməyib. Eldar Mahmudov rejiminin tüğyan etdiyi bir vaxtda insanlara, dövlətə vurduğu ziyanla bərabər mənim övladımın da əli-qolu bağlı qoyaraq hüquqlarını əlindən alınmışdır. Onun etdiyi haqsızlığa göz yuma bilmədiyimdən ailəmin başına gətirilən oyunları sizin redaksiyanız vasitəsilə itimaiyyətə çatdırmaq istəyirəm.
Hörmətli baş redaktor, məsələyə aydınlıq gətirim sizlər də agah olun və bilin ki, zərərçəkmiş A. V. Abdulhəmid oğlunun günahı nədən ibarətdir. Bəzən ana olduğumu unudub jurnalist kimi düşünərək özümə sual verirəm: Bəs Azərbaycan vətəndaşı olduğumuz halda nədən mənim ailəm hansısa harınlamış məmur özbaşnalıqlarına məruz qalaraq öz hüquqlarını itirməlidir? Nədir axı günahımız? Mənim öğlum dövlətin qanunlarına hörmətlə yanaşan, Azərbaycan vətəndaşıdır. Hansı səbəbdən dolayı onu heç bir cinayətdə əli olmadığı halda 2010-cu ilin aprel ayında barəsində qəti imkan tədbiri seçilərək cinayət məcəlləsinin 279.1 maddəsi ilə 4 il azadlığdan məhrum edilərək ilk dəfə məhkumluq həyatı yaşatdılar? Nəhayət oğlum haqsızlığa məruz qalsa da, 4 illik məhkumluğunu başa vuraraq azadlığa çıxır. Bir sualı vurğulamaq istərdim. Görəsən cəzasını çəkib məhkumluğunu başa vuran vətəndaşına dövlət sahib çıxa bilirmi??? Doğrudan da düşündürücü sualdır. Maraqlı məqam budur ki, oğlum azadlığa çıxandan 8 ay sonra yenidən şərlənərək 11 dekabr 2014 –cü ildə bəzi dini qruplaşmalar arasında Sumqayıtda baş vermiş hadisə ilə əlaqədar yenidən haqsız yerə istintaqa cəlb edilir. Nəzərinizə çatdırım ki, o siyəsətçi deyildi ki, vəzifə, kürsü davası etsin. Niyə onu “Terrorist” adlandıraraq heç bir şahid sübut olmadan barəsində qəti imkan tədbiri seçərək cinayət məcəlləsinin 221.3 - 228.1maddələri ilə təqsiri sübuta yetirilmədən üzünə 8 il iş oxudular. Bir məsələni qeyd edim oğlum bu gün də təcridxanada müəyyən basqı altındadır sanki ən təhlükəli cinayətkardır. Axı ən təhlükəli cinayətkarı belə təsir altında saxlamırlar. Bilmirəm onlar niyə V. A. Abdulhəmid oğlundan qorxurlar? Bəli, belə görüntüyə ancaq belə ad vermək olar. Sanki oğlum təcridxanadan qaçacaqmış kimi hər gün hər saat hansısa sənədə imza atdırırlar. Bütün bunlar məsələnin bir tərəfi. Niyə “qoluzorlu qanun keşikçiləri” məhkəmə sanksiyası tədbiq edilmədən Eldar Mahmudovun üzü maskalı vəhşiləri oğlumun ailə və uşaqlarının gözü qarşısında zor gücünə evində axtarış aparıblar? Axtarış müddəti evdən heç nə tapmadıqları təqdirdə bağışlanmaz çirkinliyə əl atıraraq müəyyən vasitələrdən istifadə edərək şərləyiblər. Axı mənim oğlumun evində silah hardan olmalı idi? Deyim ki, babasından qalmışdı bu bir yalan olardı. Çox təəssüflə qeyd edirəm ki, məhkəmədə dindirilmə zamanı baş vermiş hadisədə dırnaqarası iştirakçı olduğu halda heç bir şahid və üzləşmə olmayıb. Hətta istintaq müddəti təhkim edilmiş hüquq müdafiəçisi də iddianı döğrulda bilməyib.
Oğlumun əli hər yerdən üzüldüyü halda tapdalanmış hüqunu müdafiə etmək üçün haqq səsini qaldıraraq ombudsman Elmira Süleymanovaya məktub yazır ki, onun hüquqlarını bərpa edərək haqqlarını müdafiə etsin. V. A. Abdulhəmid oğlu haqqının tapdalanması ilə barışmayaraq hətta təcridxanada aclıq aksiyası keçirir, psixoloji baxımdan zərbə alığı üçün öz canına zərər verməyə belə cəhd edir. Sual edirəm:” Azmı olub belə hadisələr? Hər halda televiziya və mətbuatdan hamımıza məlumdur ki, cəzaçəkmə müəssisələrində yüzlərlə günahsız əməlisaleh oğullar ömürlərini çürüdürlər. Budurmu dövlətin öz vətəndaşına rəva bildikləri??? Çox sualların cavabları açıq qalır. Mən qələm adamı kimi onu deyə bilərəm ki, Azərbaycanda bir müsəlman ailəsi çökmək üzrədir. Mənim öğlumun övladları həm mənəvi, həm də sosial baxımdan vəziyyətləri acınacaqlı olması ilə bərabər fikir, qorxu həyəcan keçirməkdən övladları talessemiya xəstəliyinin daşıyıcıları olublar.Yazıqlarımı sizlərə çatdıqmaqda məqsədim Azərbaycan qanunlarının aliliyini nəzərə alaraq A.V. Abdulhəmid oğlunun hüquqlarının bərpası üçün yenidən vəsadət qaldırılmasını dövlətimizdən xahiş etməkdir. Mən inana bilmirəm ki, dövlətimiz öz gənc vətəndaşına bu qədər amansız olsun. Axı Prezdentimiz hər zaman vurğulayır ki, “Gənclər bizim gələcəyimizdir!” İnanıram ki, Dövlətimiz də haqqın bərqərar olunmasında maraqlı olaraq hümanistliyini öz vətəndaşından əsirgəməyəcək!”.
Hörmətlə: TƏRANƏ NAZİMQIZI
Xeberinfo.com: