Sosial (12-12-2014, 13:59)
Sabiq polisin anası nazirə üz tutdu
Nərgiz Əliyeva oğlu ilə bağlı Ramil Usubovdan kömək istəyir
Bakı sakini Nərgiz Əliyeva redaksiyamıza müraciət edib. N.Əliyeva müraciətində daxili işlər naziri Ramil Usubovdan kömək istəyib. Vətəndaş müraciətində bildirib ki, nazirin qəbuluna düşə bilmir: “Mən Azərbaycan qadını, anası kimi dəfələrlə sizə müraciət etmişəm. Oğlum Əliyev Şəhriyar Arif oğlunun işi il bağlı qəbulunuza düşmək istəmişəm.
Bu günə kimi mənim sizinlə görüşməyimə imkan yaradılmır. Sizin qəbulunuza düşmək başqa nazirlərdən çox asan olsa da, mənim qarşıma nədənsə sədd çəkilib. Müraciətlərimə cavab verilsə də, bu günə kimi qəbulunuza düşə bilmirəm.
Hörmətli Ramil müəllim, oğlumun Sizin rəhbərlik etdiyi orqanda işləməsinə çox sevinmişdim. Bizi bu sevincli anları çox yaşamağa qoymadılar. Polisdə işləyən oğlum təngə gələrək 2006-cı ildə özü raport yazaraq işdən çıxdı. 8 ildir dərdimi qoymurlar ki, gəlim sizə deyim.
Əminəm ki, siz məni dinləsəniz dərdimə əlac edəcəksiniz. Evimizdən, eşiyimizdən olub Bakıya köçüb kirayələrdə qalırıq”. N.Əliyeva deyib ki, ona nazir rayonlara gələndə qəbuluna getmək tövsiyyə olunub: “Ona görə Sizdən son dərəcə xahiş edirəm, keçmiş polis anası kimi məni qəbul edin və dinləyin. Oğlum ailəlidir və iki övladı var. Bu vəziyyətdə ona kömək edəcəyinizə inanıram”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025