Cəmiyyət (31-01-2016, 15:20)
Müxalifətin yürüşü keçirilib
Bu gün Bakının Novxanı kəndində müxalifət partiyalarının nümayəndələri Məmmədəmin Rəsulzadənin doğum günü münasibətilə yürüş keçiriblər.
Mediatv.az xəbər verir ki, tədbirdə Müsavat, AXCP, KXCP, Bozqurd və digər partiyaların təmsilçiləri iştirak edib.
Müsavat başqanı Arif Hacılı qeyd edib ki, Məmməd Əmin Rəsulzadənin ideyaları yerinə yetəcək, gerçək olacaq.
Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər bildirib ki, M.Ə.Rəsulzadənin Azərbaycan tarixində, mədəniyyətində, taleyində həlledici rolu, xidmətləri var. “O, hər zaman Azərbaycanın istiqlalına, müstəqilliyinə inanıb. Ona görə də, bu yol davam edir. Bu yolun qarşısını həmişə kəsməyə çalışıblar. Amma bu yolu davam etdirən böyük insanlar olub. Biz də bu yolu davam etdirəcəyik”, – İsa Qəmbər belə deyib.