Siyasət (21-01-2015, 13:11)
“...müxalifət daxilindəki qarşıdurmalar aradan qaldırılsın“
Arif Hacılı ilə Əli Kərimlinin görüşünə AXCP fəllarının qeyri-peşəkar münasibətinin şahidi oluruq
"Müsavat Partiyasının başqanı Arif Hacılı ilə Əli Kərimlinin görüşünə AXCP fəallarının qeyri-peşəkar münasibətinin şahidi oluruq".
Bunu "Report"a Müsavat Partiyası başqanının müavini Elman Fəttah deyib. O xatırladıb ki, Müsavat Partiyasının 2015-ci il illə bağlı Fəaliyyət Planının əsasında siyasi partiyalarla, təşkilatlarla əməkdaşlıq, seçki islahatları, seçki qanunvericiliyinin təkmilləşdirilməsi, seçkilərdə birgə müşahidənin təşkili ilə bağlı əməkdaşlıq məsələləri durur.
Onun sözlərinə görə, Arif Hacılının da Əli Kərimli ilə görüşü bu kontekstdə keçirilib: "Müsavat Partiyası çalışır ki, müxalifət daxilindəki qarşıdurmalar aradan qaldırılsın. Bununla belə, AXCP funksionerlərinin anlaşılmayan, qeyri-peşəkar yanaşmaları göstərir ki, bəzi siyasi qüvvələr müxalifətdaxili yersiz intriqaların davam etməsində maraqlıdırlar. Biz buna təəssüflənirik. Müsavat Partiyası Milli Şuradan çıxmazdan əvvəl qurum daxilində bir sıra partiyalara, o cümlədən AXCP-yə əməkdaşlıq və müttəfiqlik təklifləri ilə çıxış etmişdi. Düşünürük ki, siyasi təşkilatlar arasında münasibətlər müqavilələrlə tənzimlənməlidir. Amma AXCP buna ehtiyac olmadığını bildirdi. Hazırkı dövrdə hələ də bəzi məsələlərin rəsmi sənəd üzərindən tənzimlənməsini anlamayan siyasi qüvvələrlə əməkdaşlıq çətin olur".
E.Fəttah partiyasının parlament seçkiləri ilə bağlı müzakirələrdə iştirak etdiyini qeyd edib: "Partiya seçkilərlə bağlı müzakirələrdə iştirak edir. Amma Müsavat Partiyasının parlament seçkilərində blok şəklində iştirak etmək fikri yoxdur".
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024