Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (30-01-2016, 14:13)
Gömrük Komitəsində təşviş – Attestasiya, yoxsa kütləvi ixtisarlar?

739950352ea5d0aeea941391090954ertg

 

Sabahdan etibarən Dövlət Gömrük Komitəsində attestasiya keçirilməsinə başlanılır. 
Mediatv.az xəbər verir ki, AzNews.az-a daxil olan məlumata görə, heç bir xəbərdarlıq edilmədən keçirilən atestasiya qurumun əməkdaşları arasında həyəcana səbəb olub. Belə ki, gömrükçülər bu attestasiyanın əslində kütləvi ixtisarların həyata keçirilməsi üçün vasitə olduğunu düşünürlər.
Məlumata görə, ilk olaraq sabah Bakı Baş Gömrük İdarəsinin əməkdaşları attestasiyadan keçiriləcəklər. Atestasiyanın nəticələrindən asılı olaraq, Dövlət Gömrük Komitəsinin əməkdaşlarının 40 faizi ixtisar olunacağına dair də fikirlər səsləndirilir.
AzNews.az məsələ ilə bağlı Dövlət Gömrük Komitəsi ilə əlaqə saxlayıb. Qurumdan attestasiyanın keçirilməsini təsdiqləyiblər. Lakin bildirilib ki, burada kütləvi ixtisarlar barədə yaranan ajiotaj tamamilə əsassızdır:“Attestasiyanın keçirilməsi savadlı kadrların müəyyən olunması və onların qabağa çəkilməsi məqsədi daşıyır. Komitədə kütləvi ixtisarların həyata keçirilməsindən söhbət gedə bilməz”.
Qeyd edək ki, son zamanlar Azərbaycandan fəal sürətdə aparılan antiböhran siyasəti bəzi qurumların ləğv ediməsi və ya birləşdirilməsilə nəticələnib. Eyni zamanda bir sıra qurumlarda kütləvi ixtisarlar həyata keçirilib. Lakin, prezident İlham Əliyev son çıxışında dövlət şirkətlərini və sahibkarları mümkün qədər ixtisarlardan çəkinməyə çağırıb: “Sosial məsuliyyət nəzərə alınmalı, şirkətlərdə ixtisar hallarının olmamasına çalışılmalıdır. İş yerlərinin açılmasında dövlət şirkətləri nümunə göstərməlidirlər. İşlərini itirən insanlar dövlət şirkətlərinə müraciət etsinlər, əminəm ki, iş yerləri olacaq. Sahibkarlar da bu prosesdə iştirak etməlidirlər. Çünki iş adamlarına dövlət hərtərəfli dəstək verir və iş adamları da sosial məsuliyyətlərini dərk etməlidirlər”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024