Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (20-01-2016, 16:14)
Cahangir Hacıyevin Fuceyra zavodları və Bəşirova ildə 12 milyon dollar

Azərbaycan Beynəlxalq Bankının kreditləri hesabına Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra əmirliyində inşa edilmiş iki müəssisə satışa çıxarılıb.

Mediatv.az xəbər verir ki, Virtualaz.org bu barədə Beynəlxalq Bank işi üzrə istintaqa yaxın mənbələrdən məlumat əldə edib. Söhbət “İntertekstil” fabrikindən və “İntersteel” poladtökmə zavodundan gedir. Bu zavodların tikintisinə Beynəlxalq Bankın yüz milyonlarla dollarlıq krediti sərf olunub.

Zavodların tikintisinə ayrılmış kreditlərə görə “qara polkovnik” kimi tanınan məşhur polis polkovniki, mərhum Fətulla Hüseynovun oğlu, Azərbaycan Beynəlxalq Bankının Birləşmiş Ərəb Əmirliklərindəki nümayəndəliyinin keçmiş rəhbəri Adil Hüseynov 8 aya yaxındır ki, həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə ittiham irəli sürülüb. A.Hüseynov Azərbaycan Beynəlxalq Bankından 319 milyon manat kreditin götürülərək mənimsənilməsində ittiham olunur.

Lakin onun vəkili Kamandar Nəsibov və ailə üzvləri bildirir ki, mənimsəmə ittihamı absurddur. Çünki A.Hüseynov həmin vəsaiti Birləşmiş Ərəb Əmirliklərindəki zavodların tikintisinə sərf edib.

Birləşmiş Ərəb Əmirliklərindəki zavodların sahibi kimi “İntermet” offşor şirkəti göstərilir. Həmin şirkətin payçıları isə çeçen əsilli iş adamı, Rusiya vətəndaşı Hüseyn Marayev və adı neçə vaxtdır Beynəlxalq Bankın boşaldılması işində keçən Fransa vətəndaşı Xaqani Bəşirovdur. Belə ki, səhmləri H.Marayevin nəzarətində olan “Golden Bat” şirkəti “İntermet”in səhmlərinin 50 faizinə, Xaqani Bəşirovun Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş “Camelot Oil & Gaz” şirkəti isə qalan 50 faizinə nəzarət edir. Başqa sözlə, Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev yüz milyonlarla manat krediti Marayevlə Bəşirova ayırıb, Adil Hüseynovun rolu isə bankın Dubay nümayəndəliyinin rəhbəri kimi vəsaitlərin xərclənməsinə nəzarəti təmin etməkdən ibarət olub.

Hazırda A.Hüseynovun işi üzrə istintaq faktiki olaraq getmir. O, 8 ay ərzində cəmi iki dəfə dindirilib. Vəkil Kamandar Hüseynovun virtualaz.org saytına bildirdiyinə görə, iş üzrə istintaq faktiki olaraq getmir. “Bu adamı niyə içəridə saxlayırlar, anlamaq olmur. Adil Hüseynov kredit götürməyib, pulları xərcləməyib. Pulları götürən də, xərcləyən də başqalarıdır. A.Hüseynov deyir ki, mənə şərait yaradın, pulların kimlər tərəfindən və xərcləndiyinə dair bütün dəlil-sübutları, faktları təqdim edim”-vəkil bildirir.

Virtualaz.org dəqiqləşdirib ki, Beynəlxalq Bankın girovluğunda olan zavodların satışına dair danışıqları Hüseyn Marayevlə Xaqani Bəşirov aparır. Omandan, Qətərdən bu zavodlarla maraqlanan investorlar var, bəzi məlumatlara görə artıq ilkin razılaşma əldə edilib. Əgər zavodların satışına dair razılıq əldə edilsə deməli Beynəlxalq Bank onları girovluqdan çıxarmalıdır. Ancaq zavodların satışından nə qədər vəsaitin əldə olunacağı, bu vəsaitlə bankın ayırdığı krediti bağlamağın mümkünlüyü hələ məlum deyil.

Maraqlıdır ki, 2011-ci ildə həmin Hüseyn Marayev zavodların Beynəlxalq Banka girov qoyulmasına etiraz edirmiş və bu iş üzrə məhkəmə iddiası da qaldırıbmış. Cahangir Hacıyev Dubayda Marayevin iddiası üzrə işi udmaq üçün vəkillərə 10 milyon dollara yaxın qonorar ödəyib. Nəhayət zavodların bankın girovluğunda qalması təsdiqlənib. Marayev isə Beynəlxalq Bankın vəsaiti hesabına tikilmiş bu zavodları faktiki olaraq öz mülkiyyətinə keçirmək istəyirdi. İndi zavodların satışından əldə edilən vəsaitlərin hamısının banka çatıb-çatmayacağı da aydın deyil.

Bəs həmin kreditlərin hamısı doğrudan da zavodlarn tikintisinə sərf edilibmi? Bunu dəqiqləşdirmək istintaqın işidir, ancaq istintaq Marayevi və Bəşirovu dindirmədən vəsaitlərin necə xərclənməsini çətin ki, dəqiqləşdirə bilsin. Bununla belə virtualaz.org saytına məlum olub ki, Birləşmiş Ərəb Əmirliklərində zavodların tikintisi layihəsi çərçivəsində Xaqani Bəşirovun şirkətinin Lüksemburqdakı ofisinin saxlanılması xərcləri ildə 12 milyon dollar (!) təşkil edirdi. Yəni Beynəlxalq Bankın zavodların tikintisinə ayırdığı kreditlərdən ildə 12 milyon dolları faktiki olaraq X.Bəşirovun cibinə gedib. Buna baxmayaraq X.Bəşirovun Beynəlxalq Bank işi üzrə istintaqa cəlb olunmasına dair məlumat yoxdur. Əksinə, o hələ də bankın xaricdəki aktivlərinin idarə edilməsi və satışının təşkil edilməsi ilə məşğuldur...

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024