Gündəm / Slayd (19-05-2015, 09:05)
“Cahangir Hacıyev işi” ilə bağlı yeni təfərrüatlar
30 şirkət Beynəlxalq Bankın kredit portfelinin 41 faizinə sahib olub; Hacı Ibrahim Nehrəmli ölkədən qaçmaq istəyib; «Qara polkovnik»in oğlunun hesabında 3 milyon funt-sterlinq var
“Cahangir Hacıyev işi” üzrə həbslər davam etsə də, Cahangir Hacıyevin özü barədə heç bir məlumat yoxdur. Onun həbs olunub-olunmadığı barədə konkret informasiya yoxdur. Bəzi iddialara görə, Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş sədri həbs olunmasa da, xüsusi nəzarət altında saxlanılır.
Bu arada baş verənlərlə bağlı “Azadlıq”a ilginc məlumatlar daxil olub. Məlumatlarda bildirilir ki, Cahangir Hacıyevə yaxın 30 şirkət Beynəlxalq Bankın kredit portfelinin 41 faizinə sahib olub. Həmin şirkətlər toplam olaraq bankdan 3.5 milyard manat kredit götürüb. Həmin şirkətlərin adları da bizə bəllidir, sadəcə bəzi dəqiqləşdirmələr apardığımızdan hələlik açıqlamırıq. Qeyd edək ki, bu, 2015-ci il yanvarın 1-nə olan məlumatdır. Az əvvəl isə Mərkəzi Bank məlumat yaymışdı ki, 2015-ci ilin mart ayına olan statistikaya görə, maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 21 milyard manat məbləğində kredit ayırıb. Mütəxxəsislərin sözlərinə görə, 2014-cü ilin mart ayı ilə müqayisədə verilmiş kreditlərin sayı 32 faiz artıb. Bu da təxminən 7 milyard manata yaxın edir. “Oliqarx ovu”nun arxasında bu məbləğin qaytarılması dayanır. Məlumat üçün deyək ki, ölkə üzrə kredit portfelinin 60 faizi Beynəlxalq Bankın payına düşür.
Məlumatlarda həmçinin bildirilir ki, baş verənlərə görə maliyyə naziri Samir Şərifov və Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov da narahatdır. Çünki Beynəlxalq Bankın səhmlərinin 51 faizi dövlətindir. Bu bankdan götürülən kreditlərlə bağlı Samir Şərifov və Elman Rüstəmov da məsuliyyət daşıyır. Hər ikisi bunun fərqindədir və ona görə də ciddi narahatdırlar.
Bu arada Hacı Ibrahim Nehrəmlinin yenidən saxlanılması və DIN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə aparılmasının səbəbləri barədə sosial şəbəkələrdə maraqlı məlumat yayılıb. Xatırladaq ki, Hacı Ibrahim Nehrəmli “Cahangir Hacıyev işi” üzrə həbslərin ilk günlərində saxlanılmışdı. Sonradan sərbəst buraxılan Hacı Ibrahim Nehrəmli bildirmişdi ki, Beynəlxalq Banka 78 milyon dollar kredit borcu var və mayın 19-da kreditin vaxtı çatır. Beləliklə aydın olmuşdu ki, ona borcunu ödəmək üçün mayın 19-na qədər vaxt verilib. Sosial şəbəkələrdə yayılan məlumatlarda deyilir ki, Hacı Ibrahim Nehrəmli sərbəst buraxıldıqdan sonra ölkədən qaçmaq istəyib. Onu Gəncə aeroportunda saxlayıblar.
Iri məbləğdə kredit dələduzluğu işi üzrə həbs edilən oliqarxlardan biri, Hacı Məmmədovun bandası tərəfindən sifarişlə qətlə yetirilən “Qara polkovnik” kimi tanınan mərhum polis polkovniki Fətulla Hüseynovun oğlunun şirkətinin hesabında hazırda 3 milyon funt-sterlinq var. Bu məlumatı isə virtualaz.org saytı yayıb. Sayt araşdırıb ki, əvvəllər Beynəlxalq Bankın baş direktoru olan, daha sonra bankın Dubay şöbəsinə rəhbərlik edən Adil Hüseynovun Londonda qeydiyyatdan keçmiş “KINGSWAY TRADE LLP” şirkətinin Britaniyanın vergi xidmətinə təqdim etdiyi maliyyə hesabatına əsasən şirkətin 2014-cü ilin yekunları üçün maliyyə göstəriciləri belədir: hesabındakı vəsaitin məbləği - 2,946,981, aktivləri - 4205177, dəyəri - 5.236.750, öhdəlikləri - 3.367.
Xatırladaq ki, ötən həftə Nərimanov Rayon Məhkəməsi Adil Hüseynova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edərək onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Onun vəkili Kamandar Nəsibov bildirib ki, Adil Hüseynov 318 milyon dolları mənimsəməkdə ittiham olunur.
“KINGSWAY TRADE LLP” şirkəti 2006-cı ildə qeydiyyatdan keçib, şirkətin yeganə mülkiyyətçisi və direktoru Adil Hüseynovdur. Companycheck.co.uk portalından götürülmüş məlumatlara əsasən şirkətin aktivlərinin dəyəri 2010-cu ildə 450 min funta yaxın olub, 2013-cü ildə 632 min funt təşkil edib.
Şirkətin nağd vəsaitlərinin həcmi 2010-cu ildə 8 min funtdan bir qədər çox olub, 2013-cü ildə də təxminən eyni səviyyədə qalıb - 8,4 min funt. Ancaq 2014-cü ildə kəskin artaraq 3 milyon funta yaxınlaşıb.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024