"Energetika Nazirliyi nəyə lazımdır ki? Onun səlahiyyətlərini yerinə yetirən SOCAR var”.
Mediatv.az xəbər verir ki, bu sözləri millət vəkili Zahid Oruc parlamentin bugünkü iclasında məmurların sayının azaldılması məsələsindən danışarkən deyib.
O qeyd edib ki, elə bil ki bu nazirliyi bir adama görə yaratmışıq: “Natiq müəllim təcrübəli şəxsdir. Neft strategiyasının həyata keçirilməsində mühüm rol oynayıb. Amma ayrıca bir nazirliyə ehtiyac yoxdur.
Bundan əlavə, “Azərenerji”ni niyə dövlət saxlayır, axı onun səlahiyyətlərini yerinə yetirəcək olan “Azaərişıq” adlı qurum var”.
Millət vəkilinin bu çıxışına spiker Oqtay Əsədov “sənin gələcək yerin görünür...”- replikası ilə cavab verib.
Bəzi millət vəkilləri isə bu replikanı alqışla qarşılayıb.