Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (19-01-2016, 10:33)
"Valyuta tənzimi haqqında” qanuna dəyişikliklər layihəsi nələri tənzimləyir?

7b2d0021c1c7d6e4affda4c638789157_L

 

Bu gün Milli Məclisin növbədənkənar iclası keçiriləcək.
Mediatv.az xəbər verir ki, Milli Məclis 7 qanun layihəsini müzakirə edəcəkdir ki, onlardan biri “Valyuta tənzimi haqqında” qanuna dəyişikliklər layihəsidir.
Dünən sosial-iqtisadi məsələlərə həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, valyuta bazarının tənzimlənməsi ilə bağlı müvafiq göstərişlər verilmişdir və təkliflər hazırlanır:
“Burada qanunvericilikdə də dəyişikliklər edilməlidir və Milli Məclis növbədənkənar toplantı keçirəcəkdir. Çünki bu addımlar atılmasa, bizim iqtisadi islahatlarımızın uğurlu icrası ləngiyə bilər. Bu sahədə də inkişaf etmiş ölkələrin təcrübəsi, beynəlxalq praktika Azərbaycanda tətbiq edilməlidir. Əfsuslar olsun ki, bəzi hallarda biz müəyyən səbəblərə görə bu praktikanı tətbiq edə bilməmişik. Vaxt gəlib çatıb ki, dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi tam tətbiq edilsin.
2008-2009-cu illərin dünya iqtisadi böhranı zamanı inkişaf etmiş ölkələr tərəfindən atılmış addımlar təhlil edilir və biz də daxili iqtisadi vəziyyəti nəzərə alaraq düşünülmüş addımlar atmalıyıq. Əlbəttə, nəzərə alsaq ki, bizim valyuta gəlirlərimiz böyük dərəcədə azalır, valyuta bazarının tənzimlənməsi bu istiqamətdə önəmli tədbirlərdən biridir”.
Azərbaycanın “Valyuta tənzimi haqqında” qanunu ilk dəfə 1994-cü ildə qəbul edilmiş, sonrakı illərdə bu qanuna 7 dəfə əlavə və düzəlişlər edilmişdir.
“Valyuta tənzimi haqqında” qanun Azərbaycan Respublikasında valyuta əməliyyatlarının həyata keçirilməsi prinsiplərini, valyuta tənzimi və valyuta nəzarəti orqanlarının səlahiyyətlərini və funksiyalarını, hüquqi və fiziki şəxslərin valyuta sərvətlərinə sahib olmaq, bu sərvətlərdən istifadə etmək və onlar barəsində sərəncam vermək sahəsində hüquqlarını və vəzifələrini, valyuta qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edir.
Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi, xarici valyutanın alınması və satılması, valyuta sərvətləri üzərində mülkiyyət hüququ, valyuta ehtiyatlarının formalaşması və ondan istifadə edilməsi, şirkətlərin və əhalinin valyuta əməliyyatları, xarici valyutada hesablar, valyutanın ölkədən çıxardılması və gətirilməsi “Valyuta tənzimi haqqında” qanun ilə tənzimlənir. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024