İqtisadiyyat / Karusel (22-08-2015, 20:58)
Mərkəzi Bankdan dollarla bağlı xüsusi bəyanat
Mərkəzi Bank valyuta bazarında xarici valyuta qıtlığı olması və satışın həyata keçirilməməsi ilə bağlı xəbərlələ bağlı bəyanat yayıb. Qaynar.info xəbər verir ki, bank yayılan xəbərləri təkzib edib:
"Son günlər bəzi kütləvi informasiya vasitələrində valyuta bazarında xarici valyuta qıtlığı olduğu və satışın həyata keçirilmədiyi barədə məlumatlar yayılır.
Bununla əlaqədar Azərbaycan Respulikası Mərkəzi Bankı bildirir ki, həm nağd, həm də qeyri nağd valyuta üzrə bankların tələbatı tam təmin olunmuşdur və yeni ehtiyacların ödənilməsi üçün də kifayət qədər valyuta ehtiyatı mövcuddur. Bankların filial və şöbələri, o cümlədən valyuta mübadilə şöbələri nağd xarici valyuta satışını həyata keçirirlər.
Eyni zamanda bildiririk ki, əhalinin və iqtisadi subyektlərin xarici valyutaya olan tələbatının ödənilməsində fasiləsizliyin təmin edilməsi məqsədilə geniş fililal şəbəkəsi olan bankların filial, şöbə və valyuta mübadilə şöbələri adi iş rejimində fəaliyyət göstərir və bazar günü də valyuta satışını davam etdirəcəklər.
Bəzi bankların filial və şöbələrinin işləməməsi onların daxili reqlamentinə uyğun olaraq müəyyən olunan iş rejimi ilə əlaqədardır.
Eyni zamanda bildiririk ki, Mərkəzi Bank tərəfindən valyuta bazarında vəziyyət nəzarətdədir və mütəmadi monitorinqlər həyata keçirilir".
Qeyd edək ki, bu gün Bakı şəhərində fəaliyyət göstərən valyutadəyişmə məntəqələri dollar satmaqdan imtina ediblər. Şəhərin mərkəz hissəsində fəaliyyət göstərən valyutadəyişmə məntəqələrində dolların olmadığını deyirlər. Məlum olub ki, bir sıra bankların filiallarına baş ofisləri tərəfindən bu gündən bütün valyutalar üzrə satışı dayandırmaq tapşırılıb. Bakıdakı mübadilə məntəqələrinin çoxu isə ümumiyyətlə fəaliyyətini dayandırıb. Onlar bunu dolların bahalaşacağı ilə bağlı şayiələrin yayılması ilə əlaqələndirirlər.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024